648a1


Join the forum, it's quick and easy

648a1
648a1
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Axtar
 
 

Sonuç :
 


Rechercher çıkıntı araştırma

En son konular
» Maraqlı bir əhvalat
Fatimeyi-Zəhra (ə) ardi EmptyŞ. Apr. 04, 2009 11:34 pm tarafından ADMIN

» Ər Arvad Mübahisələri
Fatimeyi-Zəhra (ə) ardi EmptyŞ. Apr. 04, 2009 11:33 pm tarafından ADMIN

» Hədislər(oxuyun)
Fatimeyi-Zəhra (ə) ardi EmptyŞ. Apr. 04, 2009 11:32 pm tarafından ADMIN

» Hər bir müsəlman bunları bilməlidir
Fatimeyi-Zəhra (ə) ardi EmptyŞ. Apr. 04, 2009 11:31 pm tarafından ADMIN

» ALLAH tövbə edən gəncləri sevir
Fatimeyi-Zəhra (ə) ardi EmptyŞ. Apr. 04, 2009 11:29 pm tarafından ADMIN

» Peyğəmbərmiz Məhəmməd (s) -dən hədislər
Fatimeyi-Zəhra (ə) ardi EmptyŞ. Apr. 04, 2009 11:28 pm tarafından ADMIN

» Məhərrəmlik Ayı
Fatimeyi-Zəhra (ə) ardi EmptyŞ. Apr. 04, 2009 11:26 pm tarafından ADMIN

» Salavatın mənası
Fatimeyi-Zəhra (ə) ardi EmptyŞ. Apr. 04, 2009 11:24 pm tarafından ADMIN

» Sənin Peyğəmbərin, Muhəmməd (S.A.V)
Fatimeyi-Zəhra (ə) ardi EmptyŞ. Apr. 04, 2009 11:23 pm tarafından ADMIN

Galeri


Fatimeyi-Zəhra (ə) ardi Empty
Affiliates
free forum

Affiliates
free forum


Fatimeyi-Zəhra (ə) ardi

648a1 :: Din

Aşağa gitmek

Fatimeyi-Zəhra (ə) ardi Empty Fatimeyi-Zəhra (ə) ardi

Yeni mövzu  ADMIN Ş. Apr. 04, 2009 4:09 am

Fatimənin övladları
Fatimə ilə Əlinin Həsən adlı oğulları dünyaya gəlir. Bütün Mədinə şəhəri Məhəmməd Peyğəmbərin (s.ə.s) sevincini bayram edirdi. Həzrət həyatında ilk dəfə, son ən ağır, məşəqqətli on altı ildən sonra şirin duyğular keçirirdi. Ailə öz ilk övladını ağuşuna aldı. Bir ildən sonra Hüseyn dünyaya göz açır. Artıq Peyğəmbərin iki oğlan nəvəsi var. Onun öz iki oğlu - Qasim, Abdullah və İbrahim uşaqkən dünyasını dəyişir və nəsli övladlarından yalnız Fatimə xətti ilə davam edir. Həsən (ə) və Hüseyn (ə) Məhəmməd Peyğəmbərin həyat sevincinə çevrilir və o, vaxtının böyük hissəsini bu körpələrə, onların sağlam tərbiyəsinə sərf edirdi. Evdən çıxıb bir yerə gedərkən bu iki körpədən birini daim özü ilə aparmağa çalışırdı. Fatimə Həsən, Hüseyn, Zeynəb, Gülsum kimi mərd, saf və ədalətli övladlar tərbiyə edən anadır. Həqiqətən, onlardan hər biri bəşər tarixi üçün gözəl nümunədir. Fatimənin övladları daim haqq müdafiəsində olublar.
Fatimənin ibadəti
Fatimə çox saf və imanlı qadın olub. Çox vaxt gecəni sübhədək oyaq qalar, namaz qılardı. İmam Həsən (ə) söyləyir ki, anamı sübhədək namaz halında gördüm. Başqaları üçün dua edərdi. Soruşdum ki, özün üçün niyə dua etmirsən? Fatimə dedi ki, əvvəl qonşulardır. O hər zaman birinci başqa insanlar üçün dua edər, yalnız axırda özünü yada salardı.
Fatimənin fədakarlığı
Bir gün Fatimənin oğulları - Həsən və Hüseyn (ə) xəstələndilər. Həzrət Peyğəmbər (s.ə.s) Fatimənin evində idi. Sevimli Peyğəmbərimiz qızına övladlarının sağalması üçün nəzir deməsini tövsiyə etdi. Əli (ə) və Fatimə nəzir etdilər ki, övladları sağalanda üç gün oruc tutsunlar. Allah Həsən ilə Hüseynə şəfa verdi. Əli, Fatimə, Həsən, Hüseyn və xidmətçi Fizzə oruc tutdular. Birinci gün başa çatdı. İftar üçün Fatimə beş çörək hazırladı. Elə oruclarını açmaq istəyirdilər, birdən qapı göyüldü. Bir miskin onlardan kömək istədi. Əli, Fatimə, Həsən, Hüseyn və Fizzə öz çörək paylarını həmin miskinə verdilər. Səhəri gün yenə oruc tutdular. Yenə iftar vaxtı bir yetim qapını döydü və yardım istədi. Onların hər biri yenə öz yeməklərini yetimə verdilər və su ilə oruclarını açdılar. Üçüncü günün orucunu tutdular! İftar vaxtı bir əsir gəlib kömək istədi. Oruc tutanlar yenə də yeməklərini ehtiyaclıya verdilər. Beləcə, Peyğəmbər ailəsi öz orucunu acqarına başa vurdu!
Fatimə - ictimai qadın
Fatimə ictimai işlərdə də fəal qadın olub. O hətta atası ilə birlikdə müharibələrdə də iştirak edib, yaralılara tibbi kömək göstərib. Peyğəmbərin (s.ə.s) vəfatından sonra, Fatimə ictimai-siyasi səhnələrdə iştirak edib. Lazım gələndə haqq naminə çalışır, insanları doğru yola çağırır, təsiredici çıxışlar edərdi. Fatimə, hətta hücumlara, təhqirlərlə də məruz qalıb. O hər zaman ədalətin keşikçisi olub. Fatimə çox qısa bir ömür yaşadı. Lakin ölümündən sonra da bu günə kimi onun adı tarixdə yaşayır və yaşayacaqdı da. Fatimə bütün dövrün qadınlarına öyrətdi ki, qadın ictimai sahələrdə də fəal olmalıdır.
Fatimə - nümunədir
Fatimə İslamın nəzərdə tutduğu qadın nümunəsi idi. Onun simasını Peyğəmbər özü mübarizə meydanlarından keçirərək yaratmışdı. Ataya necə qız olmalı? Ərə necə həyat yoldaşı olmalı? Övladlara necə ana olmalı? Cəmiyyətdə necə qadın olmalı? Fatimə bütün bu suallara gözəl bir cavabdır. Dünya qadınları üçün misilsiz bir ideal! Onun mərdliyi və saflığı hər bir qadının «Necə olmalı?» sualına cavab verir. Fatimə böyük Xədicənin qızı, Fatimə Məhəmmədin qızıdır, Fatimə Peyğəmbər ailəsinin ətirli bağçasının solmayan, gözəl bir gülüdür!
Fatimənin məzarı gizli qalıb
Qeyd olunduğu kimi, Fatimə çox qısa ömür yaşayıb. Həzrət Əli onu itirəndə həyatının ən ağır günlərini yaşadı. Fatiməsiz həyat çox çətin idi. Fatimə Haqq Dünyasına qovuşanda onun yanında Əli var idi! Əli qəlbinin parasını özü torpağa tapşırdı və heç kimə həyat yoldaşını harada dəfn etdiyini söyləmədi. Bu günə kimi Fatimənin dəfn edildiyi yer sirr olaraq qalır. Bu sirri yalnız Allah, Fatimənin ömür-gün yoldaşı İmam Əli və övladları bilirdi…
ADMIN
ADMIN
Admin

İsmarıc sayı : 127
Age : 33
Şəhər/ölk&am : baki.axmedli.dagli
Reputation : 0
Points : 55318
Registration date : 14/03/09

http://rapcemetry.azersayt.com

Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt

- Similar topics

648a1 :: Din

 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.