648a1


Join the forum, it's quick and easy

648a1
648a1
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Axtar
 
 

Sonuç :
 


Rechercher çıkıntı araştırma

En son konular
» Maraqlı bir əhvalat
Sənin Peyğəmbərin, Muhəmməd (S.A.V) EmptyŞ. Apr. 04, 2009 11:34 pm tarafından ADMIN

» Ər Arvad Mübahisələri
Sənin Peyğəmbərin, Muhəmməd (S.A.V) EmptyŞ. Apr. 04, 2009 11:33 pm tarafından ADMIN

» Hədislər(oxuyun)
Sənin Peyğəmbərin, Muhəmməd (S.A.V) EmptyŞ. Apr. 04, 2009 11:32 pm tarafından ADMIN

» Hər bir müsəlman bunları bilməlidir
Sənin Peyğəmbərin, Muhəmməd (S.A.V) EmptyŞ. Apr. 04, 2009 11:31 pm tarafından ADMIN

» ALLAH tövbə edən gəncləri sevir
Sənin Peyğəmbərin, Muhəmməd (S.A.V) EmptyŞ. Apr. 04, 2009 11:29 pm tarafından ADMIN

» Peyğəmbərmiz Məhəmməd (s) -dən hədislər
Sənin Peyğəmbərin, Muhəmməd (S.A.V) EmptyŞ. Apr. 04, 2009 11:28 pm tarafından ADMIN

» Məhərrəmlik Ayı
Sənin Peyğəmbərin, Muhəmməd (S.A.V) EmptyŞ. Apr. 04, 2009 11:26 pm tarafından ADMIN

» Salavatın mənası
Sənin Peyğəmbərin, Muhəmməd (S.A.V) EmptyŞ. Apr. 04, 2009 11:24 pm tarafından ADMIN

» Sənin Peyğəmbərin, Muhəmməd (S.A.V)
Sənin Peyğəmbərin, Muhəmməd (S.A.V) EmptyŞ. Apr. 04, 2009 11:23 pm tarafından ADMIN

Galeri


Sənin Peyğəmbərin, Muhəmməd (S.A.V) Empty
Affiliates
free forum

Affiliates
free forum


Sənin Peyğəmbərin, Muhəmməd (S.A.V)

648a1 :: Din

Aşağa gitmek

Sənin Peyğəmbərin, Muhəmməd (S.A.V) Empty Sənin Peyğəmbərin, Muhəmməd (S.A.V)

Yeni mövzu  ADMIN Ş. Apr. 04, 2009 11:23 pm

Allaha həmd olsun,ona şükür edir,ondan yardım istəyir,onun qoyduğu yolla getməyə çalışaraq sevimli peyğəmbərimiz Muhəmmədə səlat və səlam edirik.

«Allah möminlərə lütf və mərhəmət göstərdi.Çünki, onların öz içərisindən özlərinə Allahın ayələrini oxuyan,onları (pis əməllərdən) təmizləyən,onlara kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi.Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içində idilər.» (Ali-İmran, 164)
Allah təala buyurub: «Sənin ad-sanını,şan-şöhrətini ucaltmadıqmı?!(yerdə, göydə səndən söhbət gedər; xütbələrdə adın çəkilər!)» (əl-İnşirah,4) Bu ayədə sevimli Peyğəmbərimiz Muhəmmədə (s.a.v) mədh və təriflər ifadə edilmişdir.Ərəb yazarlarından biri demişdir:«Müsəlmanlar hər gün beş dəfə icra olunan əzanlarda Peyğəmbərin şərəfli adının zikrinin aləmə car çəkilməsini və sonra da hər fərz,sünnə və nafilə namazlarda onun kəramətli adının ürək dolusu pıçıltı ilə çağrılmasını bilməmələri təəccüb doğurur.» Bu hikmət müsəlmanlara bir fərz olaraq nazil olunmuşdur ki,onlar bu minvalla zamanın bir günü və günün bir anı belə öz istəkli peyğəmbərlərindən ayrı düşməsinlər.Zaman öz axarı ilə həmişə olduğu kimi irəliləyir.İslam isə sanki əvvəlki İslamdır və həmişə olduğu kimi gözəldir.Müsəlman isə sanki öz istəkli peyğəmbəri ilədir,elə bil ki,onun qarşısındadır və ölməz risalənin ruhu ona təlqin olunur,onun qəlbinə peyğəmbərlik günəşi saçır və öz əməlində yer kürəsinin simasını dəyişən Peyğəmbəri Muhəmməd Mustafa kimi olmağa sövq edir.
Hz.Muhəmməd (s.a.v),O,müsəlmanların birincisi və əzəlidir,O peyğəmbərlərin sonuncusudur,O,bütün xalqların peyğəmbərlırinin ən xeyirlisidir,O, möminlər üçün bir bəxşişdir,O,məxluqların ən yaxşısıdır,O,aləmlərə mərhəmət olaraq göndərildi.«Səni də (Ey Muhəmməd) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik.» (əl-Ənbiyə, 107).Odur şəhadətlik səlahiyyəti verilən,Odur ilk dirilən şəfaətçi, Odur sirat körpüsünü ilk keçən,Odur cənnətə ilk daxil olan,Odur ən çox ardıcılı olan peyğəmbər.Odur kövsərin bəxş edildiyi böyük şəxsiyyət,Odur şahid,müjdəçi və yol göstərən.«Ey Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) bir şahid, bir müjdəçi və bir qorxudan kimi göndərdik.» (əl-Əhzab, 45). O, qiyamət günü ümmətinə və Allahın təkliyinə şahidlik edəndir. Allah onu hər şeyi özündən iddia edən kimi deyil, Allaha müjdə verən və Ondan müjdə alan kimi yaradıb. Eşitməyənlərə və cavab verməyənlərə yol göstərən yaradıb.Həm də O,müjdə verməklə kifayətlənməyib,insanları Allaha imana çağırıb.
Hər bir mömin onu zikr edəndə və yaxud yanında zikr olunanda ona itaət edib tabe olmalıdır,vüqarlı hal alıb hərəkətini dayandırmalıdır.Elə bir görkəm almalıdır ki,sanki o Peyğəmbərin (s.a.v) qarşısındadır.Allahın bizə təlqin etdiyi tərbiyəyə müvafiq davranmalıdır.Peyğəmbərə (s.a.v) salavat demək Allahın ona qarşı mərhəməti,razılığı və mədhidir.Mələklərin ona duası əfv və təzimdir.Cümə günü və gecəsi,sübh çağı və axşam,məscidə daxil olanda və oradan çıxanda,onun məzari-şərifini ziyarət etdikdə və müəzzin ibadətə çağıranda, dua edəndə,ümmət toplananda və dağılanda,onun adı çəkiləndə,yuxudan oyananda Quranı xətm etdikdə,fəlakət baş verdikdə və əfv diləyəndə,insanlara elm öyrədəndə,mühazirə oxuyanda,nigah xütbəsində və Allahı zikr etmək üçün yığışılan hər yerdə onun adına salavat çəkilməlidir.İbn Məsuddan gələn rəvayətə görə Rəsulullah (s.a.v) buyurub: «Qiyamət günü mənim üçün ən yaxın insanlar,mənə ən çox salavat edənlər olacaqdır.»

Ey müsəlman! Öz peyğəmbərindən ayrı düşmə! Daim onunla yaşa! Hər zaman onu ananda özünü onun hüzurunda hiss et! Dua et ki, qiyamət günü onun şəfaətinə qovuşanlardan olasan! Amin!
ADMIN
ADMIN
Admin

İsmarıc sayı : 127
Age : 33
Şəhər/ölk&am : baki.axmedli.dagli
Reputation : 0
Points : 56518
Registration date : 14/03/09

http://rapcemetry.azersayt.com

Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt


648a1 :: Din

 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.