648a1


Join the forum, it's quick and easy

648a1
648a1
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Axtar
 
 

Sonuç :
 


Rechercher çıkıntı araştırma

En son konular
» Maraqlı bir əhvalat
Salavatın mənası EmptyŞ. Apr. 04, 2009 11:34 pm tarafından ADMIN

» Ər Arvad Mübahisələri
Salavatın mənası EmptyŞ. Apr. 04, 2009 11:33 pm tarafından ADMIN

» Hədislər(oxuyun)
Salavatın mənası EmptyŞ. Apr. 04, 2009 11:32 pm tarafından ADMIN

» Hər bir müsəlman bunları bilməlidir
Salavatın mənası EmptyŞ. Apr. 04, 2009 11:31 pm tarafından ADMIN

» ALLAH tövbə edən gəncləri sevir
Salavatın mənası EmptyŞ. Apr. 04, 2009 11:29 pm tarafından ADMIN

» Peyğəmbərmiz Məhəmməd (s) -dən hədislər
Salavatın mənası EmptyŞ. Apr. 04, 2009 11:28 pm tarafından ADMIN

» Məhərrəmlik Ayı
Salavatın mənası EmptyŞ. Apr. 04, 2009 11:26 pm tarafından ADMIN

» Salavatın mənası
Salavatın mənası EmptyŞ. Apr. 04, 2009 11:24 pm tarafından ADMIN

» Sənin Peyğəmbərin, Muhəmməd (S.A.V)
Salavatın mənası EmptyŞ. Apr. 04, 2009 11:23 pm tarafından ADMIN

Galeri


Salavatın mənası Empty
Affiliates
free forum

Affiliates
free forum


Salavatın mənası

648a1 :: Din

Aşağa gitmek

Salavatın mənası Empty Salavatın mənası

Yeni mövzu  ADMIN Ş. Apr. 04, 2009 11:24 pm

Salavat, lüğətdə dua mənasındadır. Namaz da dua olduğu üçün "Salat" adlanır. Hal-hazırda insanlar arasında salavatı iki şeyə aid edirlər. Biri salam və məxsus duadır ki, Həzrət Məhəmmədə (s) aiddir. İkinci salavat isə namazdır. Bəzilərinin fikrincə "salavat" "tabeçilik" sözündən ayrılıb tabeçilik mənasına gəlir. Yəni namaz Allaha tabe olmaqdır. Bəziləri deyirlər: "Salavat" "silə" sözündən götürülüb. yəni həqiqi namaz odur ki, namaz halında insan xalqdan ayrılıb xaliqə birləşir və namaz qılan bəndənin öz məbuduna yaxınlaşmasına vasitə olur. Bu zaman salavat ümmətin Məhəmməd (s)-lə birləşməsi mənasına gəlir.
Bəziləri Allah Təala tərəfindən salavatı beş mənada izah ediblər; rəhmət, məğfirət, səna, təmizlənmə və kəramət.
Hərf elminin alimlərindən bəziləri deyirlər: "Salavat aşaöıdakı tərkibə malikdir:
Salavatdakı "Sad" hərfi - "Səməd", "Lam" hərfi - "Lətif", "Bab" hərfi" - "Vahid", "Ha" hərfi isə - "Hadi" kəlməsindəndir ki, bunların hamısı Allahın adlarındandır.
Bəziləri deyir: "Salavat təslim olmaq mənasındandır, yəni özünü o kəsə təslim edəsən ki, Allah onu özünün vəsi və xəlifəsi seçib." Bu zaman "Muhəmməd" çoxlu bəyənilən və çoxlu ibadət edən mənasında olar.
Daha yaxşı olar ki, Məhəmmədi daha çox həmd etsinlər, yəni o, hər növ həmdlə tərif olunsun. Elə buna görə də "Muhəmməd" salavata aid edilib.
Bəziləri deyirlər ki, "Muhəmməd" və "Əhməd" - "həmid" sözündən götürülüb. "Həmid" isə "Hamid" mənasındadır. "Hamid" - səna edən deməkdir. "Məhmud" sözünü mənası isə "həmd-səna olunan" deməkdir. Allah bu iki adı (Hamid və Mahmud) Peyğəmbər (s)-ə aid etmişdir. O, Allahı həmd-səna edən məqamda Əhməddir, yəni hamıdan daha çox Allahı həmd-səna edəndir. Həmd-səna olunan məqamda isə Məhəmməddir. Yəni hamıdan daha çox həmd-səna olunub.
Peyğəmbər (s)-in əzəmətini tanıdıqdan sonra peyğəmbərlərin sonuncusu olan o həzrətin həyatına növbəti xəbərdə nəzər salıb tanış ola bilərsiniz.

Mənbəə; Çətinliklərin həllinin açarı, SALAVAT.
Əli Xəmseye Qəzvini
(Həkim Hindi)

P.S. Fikirlərinizi bildirməyi unutmayın!
ADMIN
ADMIN
Admin

İsmarıc sayı : 127
Age : 33
Şəhər/ölk&am : baki.axmedli.dagli
Reputation : 0
Points : 56518
Registration date : 14/03/09

http://rapcemetry.azersayt.com

Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt


648a1 :: Din

 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.