Axtar
En son konular
Cənnət Həzzi
Cənnət Həzzi
İnsan hələ sağ ikən yaxşılıqlarına görə Allah tərəfindən mükafatlandırılır.
Lakin elə əməllər var, onların mükafatı daha qiymətlidir. Və insan həmin yaxşılıqların əvəzini o biri dünyada alır.
Cənnət elə bir yerdir ki, orada insan əbədi olaraq yalnız və yalnız xoş hisslər keçirir.
Dünya həyatından fərqli olaraq Cənnətdə zərrə qədər də adamı narahat edəcək bir şey olmur.
Maraqlıdır, görəsən şou-biznes xadimləri Cənnəti necə təsəvvür edirlər? Onlardan bəzilərinin fikirlərini sizlərə təqdim edirik...
Xatirənin etirafı
Cənnəti təsəvvür edə bilmərəm. Çünki, bu haqda heç nə bilmirəm. Oranı hələ görən olmayıb. Cənnəti, yəqin ki, tez-tez Allahı yad edən, xəlvətdə etdiyi əməlin Allahın nəzərindən qaçmadığını düşünən insanlar qazana bilər. Ev dağıdanlar, ata-anaya hörmətsizlik edən, mərdiməzarlar isə bundan məhrumdurlar. Bu ildən özümə söz vermişəm ki, hər il 2 nəfəri Həcc ziyarətinə göndərim. Keçən il çörək pulu olmayan bir xadimə qadına 3500 dollar verdim ki, Həccə getsin. Özüm Həccə getməsəm də, onları göndərməklə Cənnətə düşmək ümidim var. Şou-Biznes aləminin 90%-i əslində ikiüzlüdür. Düşünürəm ki, qalan 10%-in içində Cənnətə düşən ola bilər. İnsanlar elə bilməsin ki, biz efirdə çıxıb ağzımıza gələni danışırıqsa, biz pisik, murdarıq. Sadəcə bizi təbdən çıxarırlar və biz də məcbur olub elə danışırıq.
Muradın etirafı
Cənnət - mənəvi rahatlıqdır. Əməlləri düz olan insan Cənnətini bu dünyada yaradır. Özüm müsbət enercili insanam. Hara getdimsə, orada çalışıram xoş əhval-ruhiyyə yaradım. Heç vaxt elə hərəkət etmirəm ki, kimdənsə üzr istəməli olum. Sadəcə istəmirəm elə hərəkət edim ki, sonra da peşmançılığını çəkim.
İnsan çalışır, qazanır, böyük ev alır özünə. Əslində ona yaşaması üçün 1 kv. m. də bəs edər. Amma insan bununla qane olmur. Çünki, bunu əldə etməklə insan öz mənəvi rahatlığını qurmuş olur. Mənəvi rahatlığı olan insan isə artıq Cənnətini yaratmış olur. Allaha inanıram, müsəlmanam. Lakin o dünyadakı Cənnət haqqında heç nə bilmirəm. Çünki, ordan hələ qayıdan olmayıb, bu haqda bilgim yoxdu. İndi din haqda bilən də danışır, bilməyən də. Teologiyanı bilmək üçün onu dərindən öyrənmək lazımdır. Şəxsən mən özüm din deyəndə, Allah, məscid, molla, adət-ənənələri düşünürəm.
Xumarın etirafı
O dünyadakı Cənnəti tam qəbul edə bilmirəm. Ümumiyyətlə dini mövzu ilə maraqlanmıram. Çünki, bu mənim üçün əsas deyil. Əsas Allaha olan sevgimdir. Ona dua edəndə sanki Onu görürəm və hər işimdə Ona güvənirəm.
Bəlkə də Cənnət mövcüddür. Atamı itirmişəm. Buna görə çox pis oluram. Amma hərdən özüm özümü rahat etmək üçün, düşünürəm ki, o, indi Cənnətdədi. Axı o, çox yaxşı insan olub.
Düşünürəm ki, Cənnət dərin duyğulu, həssas, böyük-kiçik yeri bilən, ədalətli, haqq tərəfdarı olan insanların yeridir.
Bir şey var ki, əgər mən kimin üçünsə yanıram, onun Cənnətdə olmağını yox, mənim yanımda olmağını istəyirəmsə, Cənnətin varlığı ilə necə razılaşa bilərəm? O insanın Cənnətdə olmağı məni rahat etmir, mən onun yaşamağını istəyirəm.
CƏNNƏT SAKİNLƏRİ
İnsan hələ sağ ikən yaxşılıqlarına görə Allah tərəfindən mükafatlandırılır. Lakin elə əməllər var, onların mükafatı daha qiymətlidir. Və insan həmin yaxşılıqların əvəzini o biri dünyada alır. Cənnət elə bir yerdir ki, orada insan əbədi olaraq yalnız və yalnız xoş hisslər keçirir. Dünya həyatından fərqli olaraq Cənnətdə zərrə qədər də adamı narahat edəcək bir şey olmur.
Cənnəti necə təsəvvür etmək olar? Gəlin bu sualın cavabını müqəddəs Kitabımız Qurani-Kərimdə axtaraq:
«…Onlar orada (o cənnətlərdə) taxtlara söykənəcək, orada nə günəş (qızmar isti), nə də sərt soyuq görəcəklər. (Cənnət ağaclarının) kölgələri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında olacaqdır. (Cənnətdəki xidmətçilər) onların ətrafında gümüş qablar və büllur qədəhlərlə dolanacaqlar… Orada onlara zəncəfil qatılmış (zəncəfil dadı verən cənnət içkisi ilə dolu) badə də içirdiləcəkdir... Onların dövrəsində həmişəcavan (xidmətçi) oğlanlar olacaqdır… (Cənnət əhlinin) əyinlərində taftadan və atlazdan (nazik və qalın ipəkdən) yaşıl libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır». («İnsan» surəsi, 13-15, 17, 19-cu ayələr).
«…Onların yanında gözəl (irigözlü), baxışları (yalnız ərlərinə) dikilmiş zövcələr olacaqdır» («Əs-Saffat» surəsi, 48-ci ayə).
CƏNNƏTƏ DÜŞMƏYİN "RESEPTİ":
«(Cənnətə nail olacaq insanlar)… verdikləri sözü yerinə yetirər... Öz iştahaları çəkdiyi halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər:) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik» («İnsan» surəsi, 7-9-cu ayələr).
Quran ayələrindən, Peyğəmbərimizin, imamlarımızın hədislərindən məlum olur ki, ilk növbədə saf imanlı şəxs, gözəl əxlaq sahibi, məscid inşa edən, mübahisəni, yalanı tərk edən, qohumlarını ziyarət edən, əmanətə xəyanət etməyən, haramdan əl çəkən, namaz qılan, oruc tutan, ata-anasıyla xoş keçinən, insanlarla xoş davranan, övladlarını gözəl tərbiyə edən, yetimə əl tutan və s. keyfiyyətlərə sahib olan insan Cənnəti qazanmış olur.
Allah axırımızı Cənnətlik eləsin!

Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
|
|
Ş. Apr. 04, 2009 11:34 pm tarafından ADMIN
» Ər Arvad Mübahisələri
Ş. Apr. 04, 2009 11:33 pm tarafından ADMIN
» Hədislər(oxuyun)
Ş. Apr. 04, 2009 11:32 pm tarafından ADMIN
» Hər bir müsəlman bunları bilməlidir
Ş. Apr. 04, 2009 11:31 pm tarafından ADMIN
» ALLAH tövbə edən gəncləri sevir
Ş. Apr. 04, 2009 11:29 pm tarafından ADMIN
» Peyğəmbərmiz Məhəmməd (s) -dən hədislər
Ş. Apr. 04, 2009 11:28 pm tarafından ADMIN
» Məhərrəmlik Ayı
Ş. Apr. 04, 2009 11:26 pm tarafından ADMIN
» Salavatın mənası
Ş. Apr. 04, 2009 11:24 pm tarafından ADMIN
» Sənin Peyğəmbərin, Muhəmməd (S.A.V)
Ş. Apr. 04, 2009 11:23 pm tarafından ADMIN