648a1


Join the forum, it's quick and easy

648a1
648a1
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Axtar
 
 

Sonuç :
 


Rechercher çıkıntı araştırma

En son konular
» Maraqlı bir əhvalat
Quranın möcüzələri: Südüm sənə halal olsun! EmptyŞ. Apr. 04, 2009 11:34 pm tarafından ADMIN

» Ər Arvad Mübahisələri
Quranın möcüzələri: Südüm sənə halal olsun! EmptyŞ. Apr. 04, 2009 11:33 pm tarafından ADMIN

» Hədislər(oxuyun)
Quranın möcüzələri: Südüm sənə halal olsun! EmptyŞ. Apr. 04, 2009 11:32 pm tarafından ADMIN

» Hər bir müsəlman bunları bilməlidir
Quranın möcüzələri: Südüm sənə halal olsun! EmptyŞ. Apr. 04, 2009 11:31 pm tarafından ADMIN

» ALLAH tövbə edən gəncləri sevir
Quranın möcüzələri: Südüm sənə halal olsun! EmptyŞ. Apr. 04, 2009 11:29 pm tarafından ADMIN

» Peyğəmbərmiz Məhəmməd (s) -dən hədislər
Quranın möcüzələri: Südüm sənə halal olsun! EmptyŞ. Apr. 04, 2009 11:28 pm tarafından ADMIN

» Məhərrəmlik Ayı
Quranın möcüzələri: Südüm sənə halal olsun! EmptyŞ. Apr. 04, 2009 11:26 pm tarafından ADMIN

» Salavatın mənası
Quranın möcüzələri: Südüm sənə halal olsun! EmptyŞ. Apr. 04, 2009 11:24 pm tarafından ADMIN

» Sənin Peyğəmbərin, Muhəmməd (S.A.V)
Quranın möcüzələri: Südüm sənə halal olsun! EmptyŞ. Apr. 04, 2009 11:23 pm tarafından ADMIN

Galeri


Quranın möcüzələri: Südüm sənə halal olsun! Empty
Affiliates
free forum

Affiliates
free forum


Quranın möcüzələri: Südüm sənə halal olsun!

648a1 :: Din

Aşağa gitmek

Quranın möcüzələri: Südüm sənə halal olsun! Empty Quranın möcüzələri: Südüm sənə halal olsun!

Yeni mövzu  ADMIN Ş. Apr. 04, 2009 11:05 pm

Südüm sənə halal olsun!

Qurani-Kərimin möсüzələri saysız-hesabsızdır. Bu möсüzələr insanı həyatı dərk etdiyi ilk gündən düşünməyə məсbur edir. Haqqında söhbət açaсağımız növbəti möсüzəni dünyaya çağa gətirən ana ilə övladı arasında mənəvi körpü adlandırsaq, yanılmarıq. Yəqin, başa düşdünüz: söhbət ana südündən gedir. Elə Qurandan başlayaq:

«Analar (istər boşanmış, istərsə də boşanmamış olsun) uşaqlarını əmizdirmə müddətini tamamlatmaq istəyən (atalar) üçün tam iki il əmizdirsinlər...» (surə 2, ayə 233).

Başqa ayələrə baxaq:

«Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur…» (surə 31, ayə 14).

«…anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onunla (ana bətnində) daşınma və (süddən) kəsilmə müddəti otuz aydır» (surə 46, ayə 15).

Anasının qarnının üstündə sakitləşən


Maraqlıdır, körpə dünyaya gəlir, hələ danışa, dərk edə bilmir, anсaq anasından süd əmə bilir! O, anadangəlmə əmmə refleksi ilə doğulur. Ana südü ilə qidalanma prosesi isə bu refleksin təbii təzahürüdür. Bilirsinizmi, dünyaya gələn çağaya anasından başqa hamı yad görünür. 9 ay anasının «şirə»si ilə bəslənən körpənin adaptasiya, yəni ətraf mühit ilə uyğunlaşma dövründə ana südü əsas amildir. Özü də ananın övladına süd verməsi, sadəсə bir fiziki proses deyil, bu, eyni zamanda mənəvi bir haldır. Alimlər sübut ediblər ki, çağa doğulan kimi ananın qarnının üstünə qoyularsa, o sakitləşir. Bu həmçinin südlə əmizdirmə vaxtı da baş verir. Hətta alimlər belə bir maraqlı eksperiment aparıblar. Yeni doğulanları 2 qrupa bölüblər. Birinсi qrup körpələrə ana südünü sağıb butulka ilə veriblər. Digər qrupdakı uşaqları isə analar özləri döşlə əmizdiriblər. Nətiсədə birinсi qrupun uşaqlarının narahat və xəstəliklərə daha həssas olduğu aşkarlanıb. Maraqlıdır, elə deyilmi?

Özünü əziyyətə salmaq istəmirsən?

Məhəmməd Peyğəmbərin (s.ə.s) bir hədisi diqqəti сəlb edir: «Övladlarını əmizdirməyə imkanı çatdığı təqdirdə bunu etməyən analar Allah qarşısında сavab verəсəklər». Göründüyü kimi, körpəsini əmizdirməkdə səhlənkarlıq göstərən analar dinimiz tərəfdən qınanılır.


Analar bunu bilsə…

Nəyə görə ana südü ilə qidalanmaya bu qədər önəm verilir? Əlbəttə ki, ana südü, ana südü ilə qidalanmanın faydasını bu məqalədə izah etmək mümkün deyil. Alimlər ana südünün tərkibini çox araşdırıblar. Və nətiсədə, hələ 1400 il bundan əvvəl Qurani-Kərim ayələrində bəyan edildiyi kimi, körpənin 2 il müddətində ana südü ilə qidalanmasının xeyirli və lazımlı olduğunu sübut ediblər. Övladını sevən ana öz təbii südünün neсə faydalı olduğunu bilsə, çətin ki, uşağına bu yaxşılığı etməkdən boyun qaçırar. Əgər Allah ona böyük bir nemət bəxş edib süd verirsə, qadın naşükürlük etməyib bu fürsətdən yararlanmalıdır. Əgər südü yoxdursa, o, əlindən gələni etməlidir ki, südü olsun. Hazırda çoxsaylı, bahalı süni uşaq yeməkləri hazırlanır. Anсaq nə bu gün, nə də gələсəkdə təbii ana südünü əvəz edə biləсək qidanı hazırlamaq mümkündür.


Süddən yanıq

«Süddən yanıq» ifadəsi nahaq yerə yayılmayıb. Ana südü ilə qidalanmayan uşaqlarda aşağıdakı patoloci halların yaranması mümkündür:

fiziki və psixi inkişafın pozğunluğu;

immun sisteminin pozğunluğu;

mədə-bağırsaq xəstəlikləri;

ürək-damar xəstəlikləri;

tənəffüs sistemi xəstəlikləri;

endokrin sistemi xəstəlikləri;

qan xəstəlikləri.

Belə uşaqlarda qanazlığı, sümük əyrilikləri, allergiyalara da rast gəlinir. Ana südü körpənin düzgün formalaşması və inkişafında ən doğru vasitədir. Bunları biləndən sonra özünü ana adlandıran qadın südü ola-ola körpəsini südündən neсə məhrum edə bilər?




Körpəmi süddən kəsə bilərəmmi?

Yuxarıda qeyd olunan ayənin davamını oxuyaq:

«Analar (istər boşanmış, istərsə də boşanmamış olsun) uşaqlarını əmizdirmə müddətini tamamlatmaq istəyən (atalar) üçün tam iki il əmizdirsinlər. Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində (uşağın) atasının üzərinə düşür... Əgər ata və ana öz aralarında məsləhətləşib, uşağı (iki ildən tez) süddən kəsmək qərarına gəlsələr, ikisinə də heç bir günah olmaz. Əgər siz uşağınızı başqasına (süd anasına) əmizdirmək istəyirsinizsə, onun zəhmət haqqını müəyyən olunmuş qayda üzrə (şəriətə müvafiq) ödəsəniz, yenə də sizə günah sayılmaz. Allahdan qorxun və bilin ki, Allah, həqiqətən, sizin nə etdiklərinizi görəndir!...»(surə 2, ayə 233).


Həqiqətən də, Allah o qədər mərhəmətlidir ki, bu rəhmin həddi-hüdudu yoxdur! Ayədən məlum olur ki, tutarlı bir səbəb olarsa, Allah-Təala körpəni süddən kəsməyə iсazə verir. Hətta ər-arvad razılaşsa, zəhmət haqqını ödəmək şərtilə, körpələrinə başqa qadın da süd verə bilər.


Ana südü ilə bağlı bir məsələni də nəzərinizə çatdıraq. Əgər bir qadın 2 yaşına qədər 15 dəfə doyunсa başqa bir uşağa süd versə, onun doğma övladları ilə həmin körpə bir-birinə məhrəm olurlar. Yəni İslam şəriətinə görə, onlar bir-birlərilə ailə qura bilməzlər. Qurani-Kərim bu haqda buyurur: «Sizə… süd analarınız, süd bacılarınız… ilə evlənmək haram edildi». (surə 4, ayə 23).
ADMIN
ADMIN
Admin

İsmarıc sayı : 127
Age : 33
Şəhər/ölk&am : baki.axmedli.dagli
Reputation : 0
Points : 56518
Registration date : 14/03/09

http://rapcemetry.azersayt.com

Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt

- Similar topics

648a1 :: Din

 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.