Axtar
En son konular
Batil mübahisə
Batil mübahisə
Mübahisə aparmaq iki cürdür: Birincisi, bəyənilən və edilməsi məsləhət bilinəm mübahisədir ki, bu da doğru yolla və xalis niyyətlə haqqı dəstəkləmək və ona çatmaq məqsədi ilə aparılan mübahisədir. (Bax; “Minhəcul cədəl fil Quranil Kərim” səh 50) Allah taala buyurur: “İnsanları hikmətlə (Qur’anla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) də’vət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır”. (ən-Nəhl, 125)
Başqa bir ayədə Uca Allah buyurur: “Kitab əhlinin zülm edənləri (cizyə verməyənləri, sizinlə vuruşmaq istəyənləri) istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin”. (əl-Ənkəbut, 46) Ən gözəl şəkildə mübahisə etmək, elmlə, bəsirətlə, gözəl əxlaqla, gözəl söhbətlə, yumşaq, mülayim olmaqla, haqqa dəvət edib onu gözəlləşdirmək, batili rədd edib onun eybəcərliyini göstərməklə mümkündür. Burada məqsəd qələbə çalıb özünü ucaltmaq, tanıtmaq olmamalıdır. Məqsəd haqqı bəyan edib, insanları doğru yola çəkməkdir. (Bax; “Təfsiru ibn Kəsir” 2/592, 3/416 “Təfsirus Sədi” 4/254, 6/92)
Ikinci mübahisə forması isə bəyənilməyən, məzəmmət edilən mübahisədir ki, bu da batili dəstəkləmək, ona nail olmaq, elmsiz olmaq və sair bu cür xüsusiyyətləri əhatə edir. Bu növ olan mübahisə dilin törətdiyi ən böyük bəlalardan biridir. Allah təala buyurur: “Allah haqqında heç bir şey bilmədən (elmsiz-dəlilsiz "Rəbbimiz mələklərdən özünə övlad götürmüşdür" - deyə) mübahisə edən və Allaha asi olmuş hər bir şeytana uyan insanlar da vardır. (şeytan) haqqında əzəldən belə yazılmışdır (hökm edilmişdir): hər kəs onunla (şeytanla) dostluq etsə, (şeytan) onu yoldan çıxardıb cəhənnəm əzabına sürükləyər”. (əl-Həcc, 3-4)
“İnsanlar içində (Əbu Cəhl kimi) eləsi də vardır ki, heç bir şey bilmədən, haqq yolu göstərən heç bir rəhbəri (yaxud tutarlı dəlili) və nurani (səmadan endirilib hökmünü açıq bildirən) kitabı olmadan Allah barəsində mübahisə edər. O, boynunu (təkəbbürlə sağa-sola) əyərək (insanları) Allahın yolundan çıxarmaq məqsədilə bunu edər. Onu dünyada rüsvayçılıq gözləyir, qiyamət günü isə ona cəhənnəm odunun əzabını daddıracağıq”. (əl-Həcc, 8-9)
Allah taala buyurur: “Kafirlər isə batil (sözləri) ilə haqqı (Qur’anı) yalana çıxartmaq məqsədilə (Peyğəmbərlə boş-boşuna) mübahisə aparırlar. Onlar Mənim ayələrimi və (Peyğəmbər vasitəsilə) qorxudulduqları əzabı məsxərəyə qoyurlar”. (əl-Kəhf, 56)
Başqa bir ayədə Uca Allah buyurur: “Həcc ziyarəti vacib olan (həcci özünə vacib bilən) şəxsə həccdə olarkən (qadınla) yaxınlıq, söüş söyüb pis sözlər danışmaq, dava-dalaş etmək yaramaz”. (əl-Bəqərə, 197)
Cabir bin Abdulla (Allah ondan razı olsun!) peyğəmbərin (s) belə buyurduğunu rəvayət edir: “Elmi alimlərin yanında öyünmək, səfehləri xor görmək və məclislərdə sərf fikir söyləmək üçün öyrətməyin! Kim belə etsə, onun üçün od var”. (İbn Macə 1/93 Bax; “Səhih tərğib vət tərhib” 1/46 və “Səhih İbn Macə” 1/46)
İbn Məsud buyurur ki, elmi üç şey üçün öyrətməyin: “Səfehləri xor görmək, alimlərlə mübahisə aparmaq və insanların nəzərlərini özünə cəlb etmək üçün! Dediklərinizlə Allah qatında olanları istəyin! Çünki, qalan və davam edən budur. Qalanları isə fanidir”. (əd-Dərami İbn Məsudddan mövquf olaraq rəvayət etmişdir. 1/70)
Əbu Uməmə əl-Bəhili (Allah ondan razı olsun!) peyğəmbərin (s) belə buyurduğunu rəvayət edir: “Bir qövm hidayət olunduqdan sonra yalnız mübahisəyə yol verdiklərinə görə, zəlalətə düşər”. (Tirmizi 5/378 İbn Macə 1/19 Əhməd “Məsnəd” 5/252, 256 Bax; “Səhih ət-Tirmizi” 3/103)
Peyğəmbər (s) Allah üçün batillik üzrə mübahisəni tərk edənlərə Cənnətdə bir ev veriləcəyinə zəmanət verir. Allahın rəsulu (s) buyurur: “Kim haqlı olsa belə ikiüzlülüyü, zarafatda olsa belə yalan danışmağı tərk etsə, onlara Cənnətin ortasında evlərinin olmasına zəmanət verirəm. Və kim gözəl əxlaq sahibi olarsa, ona Cənnətin yüksək mərtəbəsində bir evi olacağına zəmanət verirəm”. (Əbu Davud 4/253 Bax; “Camiul usul” 11/754)

Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
|
|
Ş. Apr. 04, 2009 11:34 pm tarafından ADMIN
» Ər Arvad Mübahisələri
Ş. Apr. 04, 2009 11:33 pm tarafından ADMIN
» Hədislər(oxuyun)
Ş. Apr. 04, 2009 11:32 pm tarafından ADMIN
» Hər bir müsəlman bunları bilməlidir
Ş. Apr. 04, 2009 11:31 pm tarafından ADMIN
» ALLAH tövbə edən gəncləri sevir
Ş. Apr. 04, 2009 11:29 pm tarafından ADMIN
» Peyğəmbərmiz Məhəmməd (s) -dən hədislər
Ş. Apr. 04, 2009 11:28 pm tarafından ADMIN
» Məhərrəmlik Ayı
Ş. Apr. 04, 2009 11:26 pm tarafından ADMIN
» Salavatın mənası
Ş. Apr. 04, 2009 11:24 pm tarafından ADMIN
» Sənin Peyğəmbərin, Muhəmməd (S.A.V)
Ş. Apr. 04, 2009 11:23 pm tarafından ADMIN