648a1


Join the forum, it's quick and easy

648a1
648a1
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Axtar
 
 

Sonuç :
 


Rechercher çıkıntı araştırma

En son konular
» Maraqlı bir əhvalat
Dini terminler EmptyŞ. Apr. 04, 2009 11:34 pm tarafından ADMIN

» Ər Arvad Mübahisələri
Dini terminler EmptyŞ. Apr. 04, 2009 11:33 pm tarafından ADMIN

» Hədislər(oxuyun)
Dini terminler EmptyŞ. Apr. 04, 2009 11:32 pm tarafından ADMIN

» Hər bir müsəlman bunları bilməlidir
Dini terminler EmptyŞ. Apr. 04, 2009 11:31 pm tarafından ADMIN

» ALLAH tövbə edən gəncləri sevir
Dini terminler EmptyŞ. Apr. 04, 2009 11:29 pm tarafından ADMIN

» Peyğəmbərmiz Məhəmməd (s) -dən hədislər
Dini terminler EmptyŞ. Apr. 04, 2009 11:28 pm tarafından ADMIN

» Məhərrəmlik Ayı
Dini terminler EmptyŞ. Apr. 04, 2009 11:26 pm tarafından ADMIN

» Salavatın mənası
Dini terminler EmptyŞ. Apr. 04, 2009 11:24 pm tarafından ADMIN

» Sənin Peyğəmbərin, Muhəmməd (S.A.V)
Dini terminler EmptyŞ. Apr. 04, 2009 11:23 pm tarafından ADMIN

Galeri


Dini terminler Empty
Affiliates
free forum

Affiliates
free forum


Dini terminler

648a1 :: Din

Aşağa gitmek

Dini terminler Empty Dini terminler

Yeni mövzu  ADMIN B. Mar. 29, 2009 3:20 am

Dini Terminlər Lüğəti

70 il ərzində dindən ayrı düşmüş cəmiyyətimizdə təbii olaraq dini bilgilərin də qıtlığı hiss olunur. Çox vaxt bu bilgisizlik dini terminlər sahəsində özünü xüsusi olaraq göstərir. Bunları nəzərə alaraq ilk nömrədən başlayaraq dini terminlər rubrikası açmaq qərarına gəldik. Bu rubrikada əlifba sırası ilə ardıcıl olaraq ən çox işlənən dini terminləri Sizin üçün izah edəcəyik.
Allah- bütün varlıq aləmini yaratmış və idarə edən fövqəltəbii qüvvə. Lüğəti mə"nada "ibadət edilən, mə"bud" deməkdir. Bə"ziləri səhv olaraq, İslamdakı Allah anlayışının digər dinlərdəki tanrı anlayışından fərqli olduğunu düşünürlər ki, bu da bə"zən dinlərarasıanlaşılmazlığa gətirib çıxarır. Məsələn, "Lə ilahə illəllah" ifadəsini rus dilində çox vaxt "net Boqa krome Allaha" kimi tərcümə edirlər. Bu, səhvdir. Belə ki, rus dilində "Boq" sözünün verdiyi mə"na ərəb dilində "Allah" sözünün mə"nası ilə üst-üstə düşür. Bu baxımdan "Net Bojestva krome Boga" və ya "Netu Bojestva krome Allaha" tərcüməsi daha düzgündür. Lakin qeyd etməliyik ki, İslam dinində Allah təkdir və dinimiz digər tanrıların mövcüdluğunu inkar edir.
Abdəst - "dəstəmaz" sözünün sinonimidir. Müsəlmanları ibadətdən, xüsusilə namazdan əvvəl paklıq niyyəti ilə yuyunmasıdır.
Azan- namazdan əvvəl müsəlmanlar tərəfindən deyilən cümlələr. Azanın mətnində Allahın böyüklüyü, təkliyi, Həzrət Məhəmmədin (s) peyğəmbərliyi xatırlanır və namaza çağırış səslənir. Azanı obrazlı ifadə ilə "İslamın şüarı" adlandırırlar. Ayə - lüğəti mə"nada nişanə və rəmz deməkdir. Lakin bir termin kimi Qur"ani-kərimin hər cümləsinə "ayə" deyilir.
Ayətullah - İslam aləmində ən yüksək dini rütbələrdən biridir. İslam elmlərinin incəliklərinə bələd olan alimlərə "ayətullah" deyilir. Lüğəti mə"nası "Allahın yer üzərində nişanəsi" deməkdir.
Amin - bütün duaların sonunda işlənən söz. Təqribi mə"nası "Dua qəbul olsun!" deməkdir.
Axirət - İslam əqidəsinə görə, bütün insanlar qiyamət günündə Allahın əmri ilə dirildilib, məhşər (sorğu-sual) meydanına çəkiləcəklər. Bu dünyada etdiyi əməllərə uyğun olaraq, hamının hökmü veriləcək. Yaxşı insanlar cənnətə, pis adamlar isə çəhənnəmə göndəriləcəklər. Bundan sonra həyat həmin yerlərdə (cənnə və cəhənnəmdə) davam edəcək.. Məhşər günündən sonrakı həmin aləmə "axirət aləmi" deyilir.
Aşura - lüğəti mə"nası "onuncu gün" deməkdir. Termin olaraq üçüncü İmam Hüseynin (ə) Kərbəla səhrasında faciəvi ölüm günü - yəni hicri-qəməri təqvimlə məhərrəm ayının 10-u "aşura" adlanır.
Axund - İslam aləmində ali dini rütbə. Lüğəti baxımdan bu sözün "oxumuş (təhsilli) adam" mə"nasını ifadə edən "ağaye-xundə" sözündən qaynaqlandığı ehtımal olunur.
Bey"ət - bir kəsin hakimiyyətini tanımaq bə ona tabeçiliyi e"tiraf etmək. Qədimlərdə hökmdarlar, şəhər valiləri və b. hakimiyyətə keçdikdə, tabeçilikdə olanlar bir-bir onların əlini sıxıb, itaət etdiklərini bildirirdilər; buna bey"ət deyilirdi,
Vəsiyy - İslam qanunlarına və milli adət - ən"ənərə əsasən, hər kəs, vəsiyyətlərini yerinə yetirmək üçün, ölümündən əvvəl bir nəfəri özünə canişin seçir. Bu adama "vəsiyy" deyilir. Mərhumun dəfnini təşkşl etmək, mirasını bölüşdürmək, vəsiyyətinin icrasına nəzarət etmək və s. məsələlər vəsiyyin öhdəsindədir.
Qüsl - İslam ehkamına görə, paklanmanın bir növüdür. Müsəlman şəxs cinsi əlaqədən sonra, habelə qadınlar heyz və nifas hallarından sonra mütləq qüsl almalıdırlar. Boynuna qüsl gəlmiş şəxs əvvəlcə başını və boynunu, sonra bədəninin sağ tərəfini, axırda isə sol tərəfini su ilə yumalıdır.
Dəstəmaz - paklanmanın bir növüdür. Qüsldən fərqli olaraq, dəstamaz alan şəxs bədəninin yalnız bə"zi üzvlərini yuyur, yaxud onlara məsh çəkir (yə"ni yaş əlini həmin bədən üzvlərinin üzərinə sürtür). Namaz qılmaq, Qur"an yazısına, peyğəmbər və imamların adına toxunmaq üçün mütləq dəstəmazlı olmaq lazımdır.
Ehram - həcc zamanı hacıların geyindiyi xüsusi libas. Ehram iki ədəd tikişsiz, ağ parçadan ibarətdir. Hacılar bu parçaların birini çiyinlərinə salır, o birini isə bellərinə bağlayırlar.
Əcr - "savab" sözünün sinonimidir. Dini inanclara görə, insanın etdiyi hər bir xeyir əməl müqabilində Allah-təala ona əcr (savab) verir.
İctihad - İslam dininin əsas mənbələrini, yə"ni Qur"an, hədis və s.-yə müraciət edərək, onların əsasında şəriət hökmü vermək "ictihad" adlanır. İctihad etmək üçün mütləq bir sıra dini elmləri mükəmməl bilmək lazımdır.
Ziyarət - Müqəddəs şəxslərin ruhuna salam göndərmək məqsədi ilə onların məzarı yerləşən yerə səfər etmək. Bə"zən dini şəxslərin görüşünə getmək də "ziyarət" adlanır.
Yəzdan - zərdüşt dünündə "tanrı" deməkdir. Lakin fars dilində qəlqmə alınmış bə"zi İslam mənbələrində "yəzdan" sözü "Allah" mə"nasında işlənmişdir. Klassik Azərbaycan ədəbiyyatı nümunələrində (xüsusilə, Nəsimi və b.-nın yaradıcılığında) bu sözə tez-tez rast gəlinir.
Kəlmeyi-şəhadət - insanın müsəlmanlığını sübuta yetirən iki cümlə. "Əşhədu ən la ilahə illəllah. Əşhədu ənnə Mühammədən rəsulüllah" (Tərc: "Təsdiq edirəm ki, Allahdan başqa mə"bud yoxdur. Təsdiq edirəm ki, Məhəmməd (s) Allahın elçisidir, yə"ni peyğəmbərdir") cümlələrini deyən hər bir şəxs müsəlman sayılır və müsəlman icmasının bərabərhüquqlu üzvü hesab edilir. Qeyd: Cə"fəri məzhəbinə görə, kəlmeyi-şəhadətə aşağıdakı cümləni də əlavə etməyin çoxlu savabı vardır: "Əşhədu ənnə əliyyən vəliyullah" (Tərc: "Təsdiq edirəm ki, Əli (ə) Allahın dostudur"). Bir daha qeyd edilməlidir ki, bu cümləni demək vacib deyil, müstəhəbdir.
Gülab - gül yağı ilə suyun qarışığı. Milli adət-ən"ənəyə əsasən, dini məclislərdə (xüsusilə yas yərlərində) gülab paylayırlar (məclisə gələnlərin ovcuna azacıq gülab tükürlər). Gülab alan şəxs isə ovcundakı gülabı üzünə sürtüb salavat çevirir.
Laməkan - ərəb dilindən tərcüməsi "məkansız" denəkdir. İslam mənbələrində "laməkan" sözü - Allahın məşhur adlarından biri kimi xatırlanır. Allah-təala cism olmadığı və formadan məhrum olduğu üçün, məkan çərçivəsinə sığışmır bə buna görə də "laməkan" adlandırılır.
Münacat - Allaha müraciət şəklində deyilən şe"r və nəsr nümunəsi. Münacatın əsas məzmunu Allaha həmd, şükr və duadan ibarətdir. Duaların mətnində, habelə müsəlman ədəbiyyatında, o cümlədən Azərbaycan klassik ədəbiyyatında xeyli gözəl münacat nümunələri vardır.
Nə"t - ədəbiyyatda Həzrət Məhəmməd Peyğəmbər (s) haqqında deyilmiş şe"r nümunələrinə "nə"t" deyilir. Nizami, Füzuli, S.ə.Şirvani kimi Azərbaycan şairlərinin dəyərli nə"tləri məşhurdur.
Övliya - "vəli" (yə"ni Allah dostu) sözünün cəmidir. Dini kitablarda yüksək əxlaqi məqama, "kəramət" adlanan xariqul-adə və qeyri-adi işlər görmək bacarığına malik olan şəxslər "övliya" adlandırılmışlar.
Peyğəmbər - fars dilindən tərcümədə hərfi mə"nası "xəbər gətirən" deməkdir. Allahla insanlar arasında rabitə yaratmaq, Allahın əmr və qadağanlarını insanlara çatdırmaq vəzifəsi peyğəmbərlərə tapşırılmışdır. Tarix boyunca Allah bəşəriyyətə 124 min nəfər günahsız (mə"sum) Peyğəmbər gondərmişdir ki, bunların birincisi Həzrət Adəm (ə), sonuncusu isə Həzrət Məhəmməddir (s).
Rük"ət - şərti olaraq namazın bölündüyü hissələrə deyilir. Hər rük"ətdə mütləq qiraət (Qur"an surələrinin oxunuşu), rüku və iki səcdə olur. Sübh namazı iki rük"ət, məğrib namazı üç rük"ət, zöhr, əsr, və işa namazları isə dörd rük"ətdən ibarətdir.
Salavat - dua növüdür. Həzrət Məhəmməd Peyğəmbərin (s) adı çəkildikdən sonra onun ruhuna həmişə salavat demək lazımdır. Salavatın mətni belədir: "Allahümmə səlli əla Mühəmmədin və ali Mühəmməd" (Tərc: "İlahi, Məhəmməd Peyğəmbərin (s) və onun nəslindən olanların ruhuna salam olsun!") Peyğəmbərin adı çəkilmədən salavat çevirməyin böyük səvabı vardır.
Təsbih (yaxud təsbeh) - lüğəti mə"nada tərcüməsi "müqəddəsləşdirmək, həmd etmək"dir. Allahı gözəl adlarla öymək, onun müqəddəs sifətlərini tə"rifləmək "təsbih" sayılır. Lakin termin kimi ""təsbih"" adı altında, sapa düzülmüş 33 yaxud 100 dənədən ibarət əşya nəzərdə tutulur. Təsbihin dənələri su ilə yoğrulub qurudulmuş torpaqdan (bu, adətən müqəddəs yerlərin torpağı olur), şüşədən, bə"zən isə qiymətli daşlardan ibarət olur. Təsbih çevirərkən adətən "zikr" adlı dualar oxunur. Elə təsbih çevirməyin məqsədi də 33 dəfə təkrarlanan zikrlərin sayını yadda saxlamaqdır.
Ümrə - Məkkə ziyarətinin bir növüdür. Həccdən fərqli olaraq, ümrə ziyarətini ilin müəyyən günlərində yerinə yerirmək vacib deyildir. İstənilən vaxt Məkkəyə getmiş şəxsin ziyarəti ümrə sayılır.
ADMIN
ADMIN
Admin

İsmarıc sayı : 127
Age : 33
Şəhər/ölk&am : baki.axmedli.dagli
Reputation : 0
Points : 55308
Registration date : 14/03/09

http://rapcemetry.azersayt.com

Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt

- Similar topics

648a1 :: Din

 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.