648a1


Join the forum, it's quick and easy

648a1
648a1
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Axtar
 
 

Sonuç :
 


Rechercher çıkıntı araştırma

En son konular
» Maraqlı bir əhvalat
Hz.İbrahim (ə.s.) EmptyŞ. Apr. 04, 2009 11:34 pm tarafından ADMIN

» Ər Arvad Mübahisələri
Hz.İbrahim (ə.s.) EmptyŞ. Apr. 04, 2009 11:33 pm tarafından ADMIN

» Hədislər(oxuyun)
Hz.İbrahim (ə.s.) EmptyŞ. Apr. 04, 2009 11:32 pm tarafından ADMIN

» Hər bir müsəlman bunları bilməlidir
Hz.İbrahim (ə.s.) EmptyŞ. Apr. 04, 2009 11:31 pm tarafından ADMIN

» ALLAH tövbə edən gəncləri sevir
Hz.İbrahim (ə.s.) EmptyŞ. Apr. 04, 2009 11:29 pm tarafından ADMIN

» Peyğəmbərmiz Məhəmməd (s) -dən hədislər
Hz.İbrahim (ə.s.) EmptyŞ. Apr. 04, 2009 11:28 pm tarafından ADMIN

» Məhərrəmlik Ayı
Hz.İbrahim (ə.s.) EmptyŞ. Apr. 04, 2009 11:26 pm tarafından ADMIN

» Salavatın mənası
Hz.İbrahim (ə.s.) EmptyŞ. Apr. 04, 2009 11:24 pm tarafından ADMIN

» Sənin Peyğəmbərin, Muhəmməd (S.A.V)
Hz.İbrahim (ə.s.) EmptyŞ. Apr. 04, 2009 11:23 pm tarafından ADMIN

Galeri


Hz.İbrahim (ə.s.) Empty
Affiliates
free forum

Affiliates
free forum


Hz.İbrahim (ə.s.)

648a1 :: Din

Aşağa gitmek

Hz.İbrahim (ə.s.) Empty Hz.İbrahim (ə.s.)

Yeni mövzu  ADMIN Ş. Apr. 04, 2009 11:22 pm

İlk xanımı Həz. Saradan övladı olmayan Həz. İbrahim (ə.s.) daha sonra Həz. Həcərlə evlənmişdi. Həz. Həcər Həz. İsmayılı(ə.s.) dünyaya gətirmişdi. Həz. Sara buna çox sevinmişdi, ancaq gün keçdikcə qadınlıq hisslərinə hakim ola bilməmiş və qısqanmağa başlamışdı. Ağlı bu yersiz qısqanclığa qarşı çıxsa da, hissləri onu bir an sakit buraxmamışdı.

Bütün bunlar olarkən Həz. İbrahim (ə.s.) İlahi əmrlə Həz. Həcər və ana südündən kəsilməmiş olan oğlu Həz. İsmayılı(ə.s.) da götürüb yola çıxmışdı. Uzun bir yol getdikdən sonra, nəhayət, Məkkəyə çatmışdılar. O vaxtlar Məkkə qupquru dağlar və yalın qayalıqlarla əhatələnmiş, qəlbləri ürpərdən, ot bitməyən, karvan keçməyən bir ərazi idi. Orada nə içməli su, nə də su istəyə biləcəyin bir canlı vardı.

Haqqın Xəlili yalnız bir su tuluğu və bir neçə xurma verərək, bu iki mühaciri bomboş vadinin ortasına buraxmış, könlünü yandıran hicran və yanaqlarından süzülən göz yaşları ilə Şama getmək üçün oradan ayrılmışdı. Arxaya dönüb baxmamış, sürətli addımlarla gözdən itmək istəmişdi. Həz. Həcər bir neçə dəfə “İbrahim” deyə səslənsə də, o, cavab verməmiş, mərhəmət və şəfqətindən əmrə qarşı çıxmaqdan, həyatının sevinci olan bu iki insanı bu vəziyyətdə qoyub gedə bilməməkdən qorxmuşdu. Ciyəri yanan məhzun qadın için-için ağlamağı kəsdi və son dəfə:
- Ey İbrahim, bizi kimə qoyub gedirsən, yoxsa bu, Allahın əmridir? - deyincə uca Nəbi yenə arxasına baxmadan:
- Bəli, bu, Rəbbimizin əmridir, - deyə bilmişdi.
Ondan sonra artıq Həz. Həcər göz yaşlarını sildi.
- Get, ey İbrahim! Madam ki, Allahın əmridir, O, bizi qoruyacaq, tək qoymayacaq.

Bu qupquru, sərt dağların, qatılaşmış lavaların arasında, uzaq vadinin dərinliklərində yalnız bir körpə və çarəsiz bir qadın. Bunların halı susuz, kimsəsiz və evsiz-eşiksiz necə olacaqdı? Yaşamaq üçün su lazımdır. Körpə süd, insan sirdaş, qadın qoruyucu, ana himayədar, yalqız qalan bir dost, gücsüz, binəva isə köməkçi istəyər. Amma əmr, Onun əmri deyildimi? O istəmədimi hicrəti? Onun muradı deyildimi bu ayrılıqlar, müvəqqəti tənhalıq? Elə isə mütləq təvəkkül etmək lazım idi.

Haqq-Təalanın çağırışına cavab olaraq köçməyə razı olan Həz. Həcər özünü Ona təslim etmişdi. Şəhərdən ayrılıb bu susuz, kimsəsiz, qupquru vadidə yaşamağa da Onun əmri olduğu üçün razı olmuşdu. O, təvəkkül və iman gücü ilə bütün incə hesabları, boş məntiqi bir tərəfə atmış və ancaq Yaradana sığınmışdı. Onu sevmiş, könlünü ona vermiş və ancaq ona arxalanmışdı.

Amma Həz. Həcər elə bir insandı ki, aclıqdan ağlayan körpənin yanında oturub, nə vaxtsa görünməz yerlərdən bir kömək əlinin uzanacağını, göydən zənbil enəcəyini, cənnətdən bir bulaq axmasını uma bilməzdi. Təvəkkülü boş və səysiz gözləmək olmazdı. Elə isə övladını Allah -təalaya əmanət etməli, özü də Allah -təalaya dərin etimadla Səfa-Mərvə arasında gedib-gəlməyə, ayaqları və əlləri ilə axtarışa başlamalı idi. Elə də etdi. Heç gözləmədiyi bir anda, heç gözləmədiyi bir yerdən duanın gücü və Allahın rəhməti ilə İlahi bir lütf köməyinə yetdi. Cəbrayıl (ə.s.) əsrlər sonra olacaq bir müqəddəs doğumun şərbətini Məkkənin ilk sakinlərinə təqdim etdi. İsmayılın ayaqlarının yanında mələyin qanadı ilə açılan axirət mənbəli bulaqdan su fışqırdı. Daşdan çıxan həyat qaynaqlı şirin bulaq elə gur axırdı ki, sevincək şükür edən ana “Zəm-Zəm!” deyə qışqırırdı. “Zəm-Zəm” “Dayan-Dayan” demək idi.

Həz. Həcər zəm-zəm sayəsində həm susuzluqdan, həm də aclıqdan qurtulmuş, körpəsinə də süd verib, onu böyütməyə başlamışdı. Bir müddət sonra Allah-Təala yəmənli “Cürhün” qəbiləsindən bir qrup yolçunu Kəbənin olduğu tərəfə istiqamətləndirmişdi. Zəm-zəmi görən yolçular burada yaşamağa qərar vermiş, beləcə də, Həz. Həcər və Həz. İsmayıl(ə.s.) tənhalıqdan qurtulmuşdur .
ADMIN
ADMIN
Admin

İsmarıc sayı : 127
Age : 33
Şəhər/ölk&am : baki.axmedli.dagli
Reputation : 0
Points : 56518
Registration date : 14/03/09

http://rapcemetry.azersayt.com

Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt


648a1 :: Din

 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.