648a1


Join the forum, it's quick and easy

648a1
648a1
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Axtar
 
 

Sonuç :
 


Rechercher çıkıntı araştırma

En son konular
» Maraqlı bir əhvalat
DINI Sohbetler EmptyŞ. Apr. 04, 2009 11:34 pm tarafından ADMIN

» Ər Arvad Mübahisələri
DINI Sohbetler EmptyŞ. Apr. 04, 2009 11:33 pm tarafından ADMIN

» Hədislər(oxuyun)
DINI Sohbetler EmptyŞ. Apr. 04, 2009 11:32 pm tarafından ADMIN

» Hər bir müsəlman bunları bilməlidir
DINI Sohbetler EmptyŞ. Apr. 04, 2009 11:31 pm tarafından ADMIN

» ALLAH tövbə edən gəncləri sevir
DINI Sohbetler EmptyŞ. Apr. 04, 2009 11:29 pm tarafından ADMIN

» Peyğəmbərmiz Məhəmməd (s) -dən hədislər
DINI Sohbetler EmptyŞ. Apr. 04, 2009 11:28 pm tarafından ADMIN

» Məhərrəmlik Ayı
DINI Sohbetler EmptyŞ. Apr. 04, 2009 11:26 pm tarafından ADMIN

» Salavatın mənası
DINI Sohbetler EmptyŞ. Apr. 04, 2009 11:24 pm tarafından ADMIN

» Sənin Peyğəmbərin, Muhəmməd (S.A.V)
DINI Sohbetler EmptyŞ. Apr. 04, 2009 11:23 pm tarafından ADMIN

Galeri


DINI Sohbetler Empty
Affiliates
free forum

Affiliates
free forum


DINI Sohbetler

648a1 :: Din

Aşağa gitmek

DINI Sohbetler Empty DINI Sohbetler

Yeni mövzu  ADMIN Ş. Apr. 04, 2009 4:02 am

439–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Allah, bəndəsi camaat namazına məşğul olub namazdan sonra Ondan bir şey dilədikdə, onu qəbul etməməkdən həya edər (yə`ni hökmən Allah onun istəyini verər).
Biharul-envar /88/4.
***
440–Imam Riza əleyhissalam buyurur: Camaatla qilinan namazın hər reketi, tək qılınan namazın 2000 reketinə bərabərdir.
Biharul-envar /88/4. Vesailus-sie /8/280.
***
441–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Kişinin camaatla qıldığı bir namaz, evində tək qıldığı qırx ilin namazından yaxşıdır.
Mustedrekul-vesail /6/443.
***
442–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Ümmətimin yer üzündə camaat namazının sıraları, göydəki məlaikələrin sıraları kimidir və camaat namazının bir reketi 24 reketə bərabərdir ki, onun hər biri Allah yanında qırx ilin ibadətindən məhbub və əzizdir. Qiyamət günündə Allah-taala bütün yaranmışlara hesaba çəkmək üçün bir yerə toplayacağı zaman, mö`minin camaat namazı qılmaq üçün getməsi onun qorxu və həyacanını azaldar və sonra əmr edər ki, daxil ol cənnətə.
Biharul-envar /88/6.
***
443–Bir nəfər Rəsuli-əkrəmə (s.ə.v.v.) dedi: Mən koram, azan səsini eşidirəm, amma bir adam yoxdur ki, əlimdən tutub məni məscidə aparsın və namazımı sizinlə, camaat namazı qılım, vəzifəm nədir
Həzrət buyurdu: Evindən məscidə bir ip çək və ondan tutub camaat namazına gəl.
Tehzib /3/266.
***
444-Imam Baqir əleyhissalam buyurur: Hər kim camaat namazını üzrlü səbəb olmadan və müsəlmanların ictimaiyyətindən uzaqlaşmaq üçün qılmasa, heç bir namazı olmayacaq (yə`ni namaz? qəbul olmayacaq).
Biharul-envar /88/11.
***
445–Imam Riza əleyhissalam buyurur: Həqiqətən camaat namazı dində xalislik, tək olan Allaha sitayiş etmək, Allaha ibadət edib Ona təslim olmağı aşkar etmək üçün müəyyən olunmuşdur. Çünki din hökmlərinin e`lan olunması və haqq bünövrələrinin bəyan edilməsiylə Allahın hoccet və dəlili şərq və qərb əhlinə çatdırılır, islam dininin həqiqətləri aydınlaşır. Vahid Allaha sitayiş olunduğu üçün, artıq şirk və kafirliyin qaranlıq zülməti nurun qarşısında davam gətirə bilməz və nəhayət məhv olub gedəcəkdir.
Allahın dinindən uzaq düşüb onu yüngül sayanlar, amma müsəlmançılıq iddiası edənlər, istər-istəməz camaat namazına gəlir və iddiasına uyğun olaraq camaat namazına dayanır, nəticədə cəmiyyətin əməli bir şəkildə olur və kimsə hökmü pozmayır.
Xalq bir-birini tanıyır və bir-birinə şahid dura bilmələri üçün şərait yaranır. Bu məqsədi həyata keçirmək üçün ən yaxşı şey camaat namazıdır.
Bu toplaşma səbəb olur ki, xalq bir-birinə kömək əli uzatsın, ümumi mənafe xatirinə həmkarlıq etsin, çətinlikləri aradan qaldırsın, dindarlıqda, Allaha sitayiş etməkdə və çoxlu günahların qarşısını almaqda bir-birinə yardım etsinlər.
Biharul-envar /88/12.
446–Fatimə əleyhessalam buyurur: Sizin ən yaxşılarınız camaatla mülayim və mehriban rəftar edənlər, ən dəyərliləriniz isə öz həyat yoldaşı ilə mehriban olanlardır.
Delailul-imamət
***
447–Fatimə əleyhessalam həyat yoldaşı Əli əleyhissalama dedi: Ey ebelhəsən, ruhum sənə fəda olsun, canım sənə gələn bəlalara sipər olsun! Əgər sən xeyirdə olsan, səninlə birgə olaram. əgər çətinliklərə və bəlalara düçar olsan, yenə də səninlə birgə olaram.
***
448- Imam Həsən Mucteba əleyhissalam gördü ki, anası Fatimə əleyhesselam həmişə başqalarına, qonum-qonşularına dua edir. Soruşdu: Anacan, nə üçün özünə dua etmirsən? Həzrət Fatimə əleyhessalam cavab verdi: Oğlum! əvvəl qonşular, sonra özümüz.
Kesful-gemme , 2-ci cild, səh.25; Biharul-envar , 43-cu cild, səh.82.
***
449-Həzrət Fatimə əleyhissalam camaata xitab edərək buyurdu: “Allah-taala imanı sizlərin şirkdən xilas olmağınız, namazı təkəbbür və qürürdan paklanmağınız, zəkatı nəfsinizin saflaşması və ruzinizin artması, orucu ixlasınızın möhkəmlənməsi, eləcə də dini ayinlərin güclənməsi, ədaləti qəlblərin bir-birinə yaxınlaşması, bizə itaət etməyi ümmətin nizam-intizamı, bizim imamətimizi isə təfriqə və pərakəndəlikdən amanda qalmaq vasitəsi etdi.
Cihadi islamın izzət və bası ucalığı , səbirli olmağı haqqın mükafatını cəlb etmək vasitəsi, əmr be me`rufu xalqın ümümi məsləhət və mənafeyinə riayət etmək, ata-anaya yaxşılıq etməyi Allahın qəzəbinin qarşısını almaq səbəbi qərar verdi.
Qohum-əqraba ilə əlaqələrin bərqərar edilməsini (sileyi-rəhim) mö`minlərin artması, qisas hökmünü nahaq qanların axıdılmasının qarşısını almaq vasitəsi etdi.
Nəzrə vəfa etməyi bağışlanmağa səbəb, çəkidə aldatmaqdan uzaq olmağı isə çatışmamazlıqlarla mübarizə yolu qərar verdi.
Sərabən qadağan edilməsini çirkinliklərdən, aludəliklərdən təmizlənmək, töhmət və yersiz ittahamlardan uzaq olmağı isə Allah qəzəbi qarşısında bir pərdə qərar verdi.
Oğurluğun tərk edilməsini nəfsani iffətin qorunaması, sirkin haram olmasını bəndəçilik və haqqın rububiyyətində xalis olmaq vasitəsi qərar vermişdir. Belə isə Ilahi məqama layiq olan teqvaya sahib olun, Onun əmr və göstərişlərinə qarşı çıxmaqdan çəkinin. Nəticədə müsəlman halda dünyadan gedərsiniz. Allahın əmr etdiyi şeyleri yerinə yetirib, qadağan etdiyi şeylərdən uzaq olun, çünki Allah bəndələri içərisində yalnız alim və ağah bəndələr Onun qarşısında muti olur, ilahi vəzifələr qarşısında isə məs`uliyyət hiss edirlər.
Bu, böyük şie və sunnu alimlərinin mö`təbər sənədlərlə nəql etdiyi məşhur xutbələrdəndir. Bu sənədlərin hamsını Ibni ebil Hedid “Nehcul-belage”yə yazdığı şərhdə nəql etmişdir.
Men la yehduruhul-feqih 3/254



Fikirleinizi bildirmeyi unutmayin!
ADMIN
ADMIN
Admin

İsmarıc sayı : 127
Age : 33
Şəhər/ölk&am : baki.axmedli.dagli
Reputation : 0
Points : 56518
Registration date : 14/03/09

http://rapcemetry.azersayt.com

Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt

- Similar topics

648a1 :: Din

 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.