648a1


Join the forum, it's quick and easy

648a1
648a1
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Axtar
 
 

Sonuç :
 


Rechercher çıkıntı araştırma

En son konular
» Maraqlı bir əhvalat
İmam Əli (ə) EmptyŞ. Apr. 04, 2009 11:34 pm tarafından ADMIN

» Ər Arvad Mübahisələri
İmam Əli (ə) EmptyŞ. Apr. 04, 2009 11:33 pm tarafından ADMIN

» Hədislər(oxuyun)
İmam Əli (ə) EmptyŞ. Apr. 04, 2009 11:32 pm tarafından ADMIN

» Hər bir müsəlman bunları bilməlidir
İmam Əli (ə) EmptyŞ. Apr. 04, 2009 11:31 pm tarafından ADMIN

» ALLAH tövbə edən gəncləri sevir
İmam Əli (ə) EmptyŞ. Apr. 04, 2009 11:29 pm tarafından ADMIN

» Peyğəmbərmiz Məhəmməd (s) -dən hədislər
İmam Əli (ə) EmptyŞ. Apr. 04, 2009 11:28 pm tarafından ADMIN

» Məhərrəmlik Ayı
İmam Əli (ə) EmptyŞ. Apr. 04, 2009 11:26 pm tarafından ADMIN

» Salavatın mənası
İmam Əli (ə) EmptyŞ. Apr. 04, 2009 11:24 pm tarafından ADMIN

» Sənin Peyğəmbərin, Muhəmməd (S.A.V)
İmam Əli (ə) EmptyŞ. Apr. 04, 2009 11:23 pm tarafından ADMIN

Galeri


İmam Əli (ə) Empty
Affiliates
free forum

Affiliates
free forum


İmam Əli (ə)

648a1 :: Din

Aşağa gitmek

İmam Əli (ə) Empty İmam Əli (ə)

Yeni mövzu  ADMIN Ş. Apr. 04, 2009 4:04 am

İmam Əli (ə)
600-cü ilin Rəcəb ayının 13-də, cümə günündə peyğəmbərimizin əmisi Əbu Talibin ailəsində bir oğlan uşağı dünyaya gəlir. Rəvayətlərin birində bu uşağın dünyaya gəlişi belə açıqlanır:
Fatimə bint Əsəd hamiləliyinin son dövründə Kəbə Evinə yaxınlaşıb, Allaha bu sözlərlə müraciət edir: «Ey Allahım! Sənə iman gətirdim! Nazil etdiyin peyğəmbərlərə və kitablara iman gətirdim. Əcdadım İbrahimin sözlərini təsdiqləyirəm ki, o, Sənin əmrinlə bu ibadətgahın əsasını qoyub… Ya Rəbbim! İbrahimin və bətnimdə daşıdığım bu körpənin xatirinə doğuşumu yüngülləşdir!». Bu an möcüzə baş verir! Gözlənilmədən Kəbənin divarlarından biri yarılıb açılır. Fatimə müqəddəs evə daxil olur, bundan sonra divar yenə də əvvəlki halına dönür. Bu hadisəni görən insanlar heyrətə gəlirlər. Camaat həmin yerə yaxınlaşıb qadını gizlədən divarı açmağa çalışır. Divar hər kəsin gözü önündə qadını bu məbəddə gizlətmişdi. Nəhayət, dörd gün sonra Fatimə bint Əsəd əllərində körpəsi ilə Kəbə evindən çıxır və ona, bu uşağın adını Əli qoymaq əmr olunduğunu hər kəsə xəbər verir. Əli - ərəbcədən tərcümədə ali, uca, yüksək mənasını ifadə edir. Beləliklə, tarixdə silinməz iz qoyan Həzrət Əli (ə) dünyaya gəlir…
Uşaqlıq, gənclik…
Həzrət Əli uşaqlıqdan hər kəsin diqqətini çəkir. Öz saflığı, dürüstlüyü, mərdliyi ilə o, hər kəs tərəfindən sevilirdi. Əli Həzrət Məhəmməd Peyğəmbərin əmisi oğlu idi. Qeyd edək ki, körpəlikdən valideynlərini itirmiş Həzrət Məhəmməd əmisi Əbu Talibin evində tərbiyə alıb böyümüşdü. Bu ailədə dünyaya göz açmış Əli Həzrət Məhəmmədə ən doğma insan, kiçik qardaş kimiydi. Əziz Peyğəmbərimiz Əlini çox sevərdi. Hətta rəvayətlərdə qeyd olunur ki, Peyğəmbərimiz kiçik Əlini qucağına alıb sinəsinə sıxar və yeməyi çeynəyib ağzına qoyardı. Tarixə məlumdur ki, İslam dinini Məhəmməd Peyğəmbərdən (s.ə.s) sonra qəbul edən ilk şəxslər Peyğəmbərimizin xanımı Həzrət Xədicə və İmam Əli oldu. Hədislərdən birində deyilir: «Rəsulullah bazar ertəsi günü peyğəmbər göndərildi, Əli çərşənbə axşamı günü namaz qıldı…»
Peyğəmbərimizə hələ uşaq yaşlarından hər cəhətdən dəstək olan yenə də Əli idi. Bu səbəbdən Həzrət Məhəmməd Əliyə çox dəyər verir, ən həll edici anlarda məhz Əliyə etibar edirdi. Sonralar tarix də şahid oldu ki, müharibələr zamanı müsəlmanlar məğlub olub qaçdıqları vaxt Peyğəmbərin yanından uzaqlaşmayan, onu bütün vücudu və ruhu ilə qoruyan gənc Əli oldu! Əlinin qorxmaz, çox güclü olduğunu bir çox tarixi faktlar və hədislər təsdiqləyir.
Fədakar
Məhəmməd Peyğəmbərə qarşı çıxan Məkkə müşrikləri İslamın çiçəkləndiyini və özlərinin məğlub olma təhlükəsini gördükdə, Peyğəmbəri (s.ə.s) öldürmək qərarına gəlirlər. Onlar məkrli plan qurub, gecə vaxtı Allah Rəsulunun evinə hücum etməli idilər. Lakin Uca Allah onların pis niyyətlərini Həzrət Məhəmmədə bildirir və ona Məkkə şəhərini tərk etməyi əmr edir. Sevimli Peyğəmbərimiz Məkkəni gizlincə tərk etmək üçün çox ehtiyatlı davranmalı idi. Bunun üçün elə bir qorxmaz, mərd şəxs olmalı idi ki, düşmənlər Peyğəmbərin evini mühasirəyə alanda, o, Peyğəmbərin əvəzinə onun yatağında uzansın və düşmənlər bu şəxsin Peyğəmbər olduğunu güman edib bütün diqqətlərini evə yönəltsinlər. Bununla da, Məkkədən çıxan yollara nəzarət etməkdən çəkinsinlər. Lakin buna hər kəs razı ola bilməzdi. Bu, ölümlə üz-üzə gəlmək demək idi. Məhəmməd Peyğəmbər (s.ə.s) bütün olanları məhz Əliyə danışır. Fədəkar Əli səmimi qəlbdən Peyğəmbərin əvəzində yatağında uzanmağa razılıq verir. Düşmənlərin Peyğəmbəri qətlə yetirmək istədikləri gecə Əli Allah Rəsulunun evinə gedir və Peyğəmbərin yatağına uzanır. Peyğəmbər (s.ə.s) isə Məkkəni tərk edib, şəhərin kənarındakı bir mağaraya yollanır. Qatillər əllərində qılınc Peyğəmbərin evinə hücum edirlər. Lakin gözlənilmədən Allah Rəsulunun yatağında Əlini görürlər. Planlarının alt-üst olduğunu görən qatillər çox qəzəbli halda Əlidən Peyğəmbərin yerini öyrənmək istəyirlər. Lakin heç nə öyrənə bilmirlər. Bəzi tarixi mənbələrdə Əliyə hətta əziyyət verildiyi də qeyd olunur…
İmam Əli hər zaman sevimli Peyğəmbərimizə dəstək olurdu. Bir rəvayətə görə, Məhəmməd Peyğəmbər (s.ə.s) ölüm ayağında Əlini «dostumu yanıma çağırın» deyərək Əlini yanına gətizdirdi və ona sakitcə nəsə dedi. Əlidən Peyğəmbərin nə dediyini soruşanda, o, belə dedi: «Peyğəmbərimiz mənə öz elminin qapısını açdı və onların hər birindən də üzümə min yeni qapı açıldı».
Ədəb
Bir gün İmam Əli Kufə şəhərinə yola düşür. Həmin vaxt Əli xəlifə, yəni İslam xilafətinin rəhbəri idi. Kufə şəhərinin yaxınlığında Əli bir xristiana rast gəlir. Xristian Kufənin yaxınlığındakı məntəqəyə yollanırdı. Onlar yol boyu xeyli söhbət edirlər. Yol ayrıcına çatanda xristian İmamla sağollaşıb öz yoluna davam edir. Ancaq Əli yolunun başqa istiqamətdə olmasına baxmayaraq, xristianla eyni yolu gedir. Xristian təəccüblə soruşur: «Məgər siz Kufəyə getmirdiniz?» Əli: «Bəli». Xristian: «Bəs onda nəyə görə əks tərəfə gedirsiniz?» Həzrət Əli: «Bir az sizinlə birgə yerimək istəyirəm. Çünki Allahın Rəsulu bizlərə belə deyib: «İki nəfər yol yoldaşı olduqda bir-birinə haqq sahibi olurlar». İndi sizin mənim boynumda haqqınız var ki, mən də bu haqqı ödəmək üçün sizinlə bir az yeriyəcəm. Beləliklə, haqqını bu dünyada ödəyəcək və sonra arxayınlıqla öz yoluma davam edəcəyəm…».
Yəni sevimli Peyğəmbərimiz deyərdi ki, hər hansı bir insanı bir az da olsa ötürmək, yol yoldaşı olmaq çox bəyənilən bir əməldir.
Həzrət Əlinin bu davranışı xristianın xoşuna gəlir: «İslam belə mədəni dindirsə, ardıcılları bu qədər alicənab insanlardırsa, mən də müsəlmanlığı gərək qəbul edəm». Xristian həmçinin yol yoldaşının İslam hökümətinin rəhbəri Əli olduğunu öyrənir. O, daha da heyrətlənir və əminliklə müsəlmanlığı qəbul edir…
Həzrət Əli
Həzrət Əli hər zaman yalnız və yalnız Uca Rəbbinin razılığını düşünərdi. Hər bir əməlində, istər döyüş meydanında, istərsə də ailə münasibətlərində. O, sevinəndə də, kədərlənəndə də özünü Allahın istədiyi kimi aparırdı. Əli ömrü boyu yaralıların, acların, məzlumların halına yanardı. Hətta ac-susuz düşmən əsgərinə rəhm edib, yarasını müalicə edərdi. «Siffeyn» müharibəsində elə bir vəziyyət yaranır ki, su mənbəyi İmam Əlinin nəzarəti altına düşür. Lakin Əli əsgərlərinə tapşırır ki, düşmən tərəf sudan istifadə etmək istədikdə onlara mane olmasınlar. Onun bu hərəkəti bəzi əsgərlərin xoşuna gəlmir: Düşmən bizi sudan uzaqlaşdıraraq təslim olmağa məcbur etmək istəyirdi. Əgər eyni işi biz də etsək, biz də bu müharibədə qələbə çalarıq. Biz bu fürsətdən istifadə etməliyik!.. Əli onlara belə cavab verir: «Xeyr, biz düşmənlə kişi kimi döyüşəcəyik. Belə işlər mərhəmətdən uzaqdır. Əgər onların gördüyü işi biz də görsək, onda bizim onlardan nə fərqimiz olacaq? Bilin ki, bütün işlər Allah üçündür və biz də Onun əmrinə zidd rəftar etməməliyik!» Əli düşmənlə şəxsiqərəzlik üzündən düşmənçilik etməzdi. Dostlarına isə dostluqlarına görə güzəştə getməzdi. Hər kəsə xalqla ədalətli, insaflı davranmağı tövsiyə edərdi.
Ardı var....

Fikirlərinizi bildirməyi unutmayın !!!!
ADMIN
ADMIN
Admin

İsmarıc sayı : 127
Age : 33
Şəhər/ölk&am : baki.axmedli.dagli
Reputation : 0
Points : 56518
Registration date : 14/03/09

http://rapcemetry.azersayt.com

Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt

- Similar topics

648a1 :: Din

 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.