648a1


Join the forum, it's quick and easy

648a1
648a1
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Axtar
 
 

Sonuç :
 


Rechercher çıkıntı araştırma

En son konular
» Maraqlı bir əhvalat
İmam Əli (ə) haqqında (ardı) EmptyŞ. Apr. 04, 2009 11:34 pm tarafından ADMIN

» Ər Arvad Mübahisələri
İmam Əli (ə) haqqında (ardı) EmptyŞ. Apr. 04, 2009 11:33 pm tarafından ADMIN

» Hədislər(oxuyun)
İmam Əli (ə) haqqında (ardı) EmptyŞ. Apr. 04, 2009 11:32 pm tarafından ADMIN

» Hər bir müsəlman bunları bilməlidir
İmam Əli (ə) haqqında (ardı) EmptyŞ. Apr. 04, 2009 11:31 pm tarafından ADMIN

» ALLAH tövbə edən gəncləri sevir
İmam Əli (ə) haqqında (ardı) EmptyŞ. Apr. 04, 2009 11:29 pm tarafından ADMIN

» Peyğəmbərmiz Məhəmməd (s) -dən hədislər
İmam Əli (ə) haqqında (ardı) EmptyŞ. Apr. 04, 2009 11:28 pm tarafından ADMIN

» Məhərrəmlik Ayı
İmam Əli (ə) haqqında (ardı) EmptyŞ. Apr. 04, 2009 11:26 pm tarafından ADMIN

» Salavatın mənası
İmam Əli (ə) haqqında (ardı) EmptyŞ. Apr. 04, 2009 11:24 pm tarafından ADMIN

» Sənin Peyğəmbərin, Muhəmməd (S.A.V)
İmam Əli (ə) haqqında (ardı) EmptyŞ. Apr. 04, 2009 11:23 pm tarafından ADMIN

Galeri


İmam Əli (ə) haqqında (ardı) Empty
Affiliates
free forum

Affiliates
free forum


İmam Əli (ə) haqqında (ardı)

648a1 :: Din

Aşağa gitmek

İmam Əli (ə) haqqında (ardı) Empty İmam Əli (ə) haqqında (ardı)

Yeni mövzu  ADMIN Ş. Apr. 04, 2009 4:06 am

İmam Əli (ə) haqqında (ardı)
Sevilən Əli
İmam Əli Məhəmməd Peyğəmbərin (s.ə.s) həm əmisi oğlu, həm kürəkəni, həm də ona ən yaxın şəxslərdən biri idi. Peyğəmbərimizin ən sevincli və ən kədərli vaxtlarında İmam Əli onunla idi. Peyğəmbər Əli barədə belə deyir: Peyğəmbərimiz buyurub: «Sənin mənim yanımda məqamın Harunun Musa yanındakı məqamı kimidir. Bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur».
Peyğəmbərin xanımı Ummu Sələmə peyğəmbərdən (s.a.s.) belə eşitdiyini söyləyir: «Əlini sevən məni sevmiş, məni sevən isə Allahı sevmiş olur. Əliyə nifrət edən mənə nifrət etmiş, mənə nifrət edən isə Allaha nifrət etmiş olur».
Peyğəmbərimizdən imam Əli haqqında aşağıdakı hədislər də nəql edilir:
«Əli məndən sonra hər bir möminin dostu, sevimlisidir!»
«Əlini yalnız mömin olanlar sevər və ona yalnız münafiq olanlar qarşı çıxar!»
«Əliyə əziyyət verən, mənə əziyyət vermiş kimidir»
Hədislərdən birində deyilir: «Rəsulullah (s.a.s) səhabələri bir-biri ilə qardaşlaşdırmışdı. Əli gəldi və dedi: Səhabələri bir-biri ilə qardaşlaşdırdın, amma məni heç kəslə qardaşlaşdırmadın. Rəsulullah (s.a.s) dedi: Sən mənim həm bu dünyada, həm də axirətdə qardaşımsan!»
Başqa bir hədisə nəzər salaq. Rəsulullah (s.a.s) Xeybər günü dedi: «Sabah bayrağı elə bir kimsəyə verəcəyəm ki, O, Allahı və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir. Allah onun əlilə zəfər bəxş edəcək». Bu sözə görə adamların çoxu boyunlarını uzadırdılar ki, Rəsulullaha (s.a.s) görünsünlər. Amma o dedi: «Əlini yanıma gətirin». Əlini gətirdilər, amma gözləri ağrayırdı. Peyğəmbər dua oxudu, gözlərinin ağrısı keçdi və bayrağı ona verdi. Allah onun əlilə fəthi müyəssər etdi.
Xeybərin fəthi məhz Əlinin əlilə gerçəkləşdi. Bu döyüş ərəfəsində bayrağın Əliyə verilməsi səhabələrin nəzərində olduqca mühüm hadisə oldu. Çünki bu, Allah və Rəsulunun (s.a.s) Əlini sevdiyinə sübutdur. Minlərlə dünya səadətindən daha xeyirli olan bu məqama çatmaq ümidi ilə hər kəs boynunu uzatmış və peyğəmbərə (s.a.s) görünmək istəmişlər. Ömər ibn Xəttab belə deyir: «Heç vaxt komandanlığı arzu etmədiyim halda, o gün "nə olardı, bayrağı mənə verərdi!" ümidi ilə Rəsulullaha (s.a.s) görünmək üçün başımı irəli uaztdım». Amma peyğəmbər bayrağı məhz Əliyə verdi!..
Məşhur müsəlman alimlərindən olan Əhməd bin Hənbəl deyib: «Əlinin fəzilətləri ilə bağlı olan xüsusiyyətlər peyğəmbərin (s.a.s.) başqa səhabələrinə verilməmişdir!..».
Qədiri-Xum hadisəsi
Nahaq deyil ki, Məhəmməd Peyğəmbər son Həcc ziyarətini edib qayıdarkən «Qədir-Xum» adlanan bir məntəqədə camaatı bir araya yığıb, onlara özündən sonra rəhbər kimi məhz İmam Əlini tanıdır. Yəni bütün müsəlmanlar içində Peyğəmbərimiz ümmətə imam olmaqda ən layiqli şəxs kimi məhz İmam Əlini görür. Sevimli peyğəmbərimiz buyurur: «Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır!..»
Beləcə, peyğəmbərimiz dünyasını dəyişdikdən sonra Həzrət Əli (ə) İslam ümmətinin mənəvi rəhbəri - imamı olur və dünyasını dəyişənədək ləyaqətlə ümmətə imamlıq edir. İstər özündən əvvəlki xəlifələr dövründə, istərsə də özü xəlifə olduğu dövrdə o, hər bir müsəlman üçün parlaq bir imam, mənəvi öndər olub, dinimizin olduğu kimi qorunmasında müstəsna rol oynayıb.
Nahaq deyil ki, Məhəmməd peyğəmbər öz sevimli qızına, ciyər-parasına, çox istədiyi qızı Həzrət Fatiməyə ər kimi yenə də məhz İmam Əlini layiq bilir. Axı Əlini o özü tərbiyə edib böyütmüş, doğmalıqla ona mənəvi müəllim olmuş, Əli də layiqincə peyğəmbər məktəbindən faydalanaraq ən ülvi mənəvi keyfiyyətlərə sahib olmuşdur. Həmin dövrdə digərləri bir ömür İslamdan uzaq həyat sürdükləri halda, Əli hələ həddi-büluğa çatmadan əvvəl, həm də hər kəsi qabaqlayaraq Allahın haqq olan dinini - İslamı səmimi qəlblə qəbul etmiş, bütün ömrünü ilahi dəyərlərin keşiyində dayanmağa həsr etmişdir…
Əli və Fatimə
Məhəmməd Peyğəmbər (s.ə.s) kiçik qızı Həzrət Fatiməni çox sevərdi. Fatimənin çoxlu elçiləri olub, ancaq sevimli Peyğəmbərimiz qızını ancaq İmam Əliyə layiq bilir. Fatimə də buna razılıq verir. Əli ilə Fatimə evlənirlər, onların Həsən (ə), Hüseyn (ə) kimi igid oğlanları, Zeynəb, Gülsüm kimi mərd qızları olur. Əlini (ə) əminliklə əsl nümunəvi ər adlandırmaq olar. Evdən kənarda nə qədər çətin, məşəqətli işlərin olmasına baxmyaraq, Əli evə gəldikdə ömür-gün yoldaşı Fatiməyə hər cəhətdən kömək edirdi. Həm ev işlərində, həm uşaqların tərbiyəsində. Əli ilə Fatimə bir-birini tamamlayırdılar. Həzrət Fatimə hər zaman Əlidən razılığını bildirirdi. O, nahaq yerə deməyib ki, «ən yaxşı ər mənim yoldaşımdır»!
Əlbəttə, ata kimi də Əli bəşəriyyətə bir örnək olmuşdur. Onun ailə ocağında imam Həsən və imam Hüseyn kimi parlaq şəxsiyyətlər yetişmişlər. Övladlarının tərbiyəsinə o, hədsiz incəliklə yanaşmış, onların öz zəmanələrinin ən layiqli şəxsiyyəti kimi tərbiyə alıb böyüməsində müstəsna rol oynamışdır. Əslində Əli övlad tərbiyəsi məsələsində bəşəriyyət üçün inkişafın formulunu təsbit etmiş və buyurmuşdur: «Övladlarınızı onların zəmanələrinin tələblərinə uyğun şəkildə tərbiyə edib böyüdün!». Bu kəlamdakı mütərəqqi, zəmanəni qabaqlayan dərin zəkalı bir atanın müdrik çağırışı bizləri də bir valideyn kimi tərəqqiyə səsləyir…
Əldən tutmaq Əlidən qalıb…
Həzrət Əli (ə) olduqca səxavətli idi. O, bacardığı qədər ehtiyacı olanlara, kasıbçılıq içində yaşayanlara əl tutardı. Maddi dəstəklə bərabər, belə insanlarla, kasıbçılıq içində yaşayan ailələrlə sıx təmasda olub, onlara həm də mənəvi arxa olurdu. Həmin ailələr Əli kimi bir şəxsiyyətin qayğısını hər zaman hiss edirdilər.
İmam Əli ehtiyaclılara gizlində, heç kəsin xəbəri olmadan da çoxlu yardımlar edirdi. Rəvayətlərdə bildirilir ki, o, çoxlu sayda ailəyə gecələr gizlincə ərzaq məhsulları aparıb, qapıları qarşısına qoyar və qapını döyüb, özü oradan uzaqlaşardı. Ev sakinləri qapını açıb, qarşılarında Allahın Əlinin əli ilə onlara bəxş etdiyi ruzini görürdülər. Amma bu payı Əlinin gətirdiyini bilmirdilər. Ta o vaxta qədər ki… Əli dünyasını dəyişir. Həmin ailələr artıq bu payın gəlmədiyini görüb anlayırlar ki, illərlə onlara yardım edən şəxs elə Əli imiş…
İbadət və ölüm
Ədalətli insanları sevməyənlər çox olur. Bu, qanuna uyğundur! Əli kimi ədalətli, dürüst bir insanın, əlbəttə ki, düşmənləri də çox olub. Əlinin fikirlərilə razı olmayan bir dəstə onu qətlə yetirmək qərarına gəlir. Həzrət Əlini öldürməyi Əbdürrəhman ibn Mülcəm adlı bir şəxs öz üzərinə götürür. İbn Mülcəm Kufəyə gəlib Həzrət Əlinin düşmənləri ilə əlaqə yaradaraq Ramazan ayının 19-cu gününə qədər onların evində qalır…
Ramazan ayının 19-u idi. İbn Mülcəm sübh namazı vaxtı məsciddə namazla məşğul olan imam Əlinin başına zəhərli bir qılıncla zərbə vurur. Camaat Əlinin qatilini tutub İmam Həsənə (ə) təhvil verir. İmamın yaralı bədənini isə öz evinə aparırlar. İmam Əli ölümdən qabaq oğlu Həsənə bu sözləri deyir: «Oğlum! Mənim qatilimə xörək və su verin. Onu hələ ki, sərbəst buraxmayın. Əgər diri qalsam, ona nə edəcəyimi bilirəm. Amma əgər ölsəm, ona bir qılınc zərbəsindən artıq vurmayın».
Əli (ə) şəhid olur, o, 662-ci ildə, Ramazan ayının 21-də, 63 yaşında əbədiyyətə qovuşur. O, gizlin şəkildə Nəcəf şəhərində torpağa tapşırılır.
Həzrət Əli çox çətin, amma ləyaqətli həyat yaşayır. Hər zaman Allahla olur, bir an belə Allahdan uzaq düşmür. Elə ona görədir ki, həyatdakı bütün məşəqqətlərə rəğmən, onun qəlbi daim rahatlıq, sevinc içində olur. Təsadüfi deyil ki, ağır zərbə yarasından dünyasını dəyişən bu böyük şəxsiyyətin son sözləri belə olur: «And olsun Allaha ki, ölüm də mənə şirindir və mən dünyadan ən xoşbəxt adam kimi köçürəm!..»
Əlinin son vəsiyyəti:
Sizə Allahdan qorxmağı tövsiyə edirəm! Dünya sizə tərəfə gəlsə də, siz onun arxasınca getməyin. Dünya malından əlinizdən gedən şey üçün kədərlənməyin. Haqqı söyləyin. Axirətdə mükafat qazanmaq üçün əməllər görün. Zalıma düşmən, məzluma yardımçı olun... Aranızdakı ixtilafları həll edin. Çünki Məhəmməd Peyğəmbər (s.ə.s) belə buyurub: «İki nəfərin arasını düzəltmək bütün namaz və oruclardan üstündür!»
Yetimlər barədə Allahdan qorxun, Allahdan qorxun! Onları gah tox, gah da ac saxlamayın. Onlar aclıq, yalavaclıq və yiyəsizlik ucbatından sizin yanınızda məhv olmasınlar.
Qonşularınız barədə Allahdan qorxun, Allahdan qorxun! Məhəmməd Peyğəmbər qonşularla yaxşı davranmağı o qədər vacib sayırdı ki, biz hətta Peyğəmbərin qonşudan qonşuya miras təyin edəcəyini güman etdik...
Namaz barədə Allahdan qorxun, Allahdan qorxun! Çünki o, dininizin sütunudur…
Bir-biriniz arasında birlik və dostluq yaradın və qarşılıqlı bəxşişlər edin. Bir-birinizə arxa çevirmək və bir-birinizdən ayrılmaqdan çəkinin!..
Qeyd edək ki, imam Əlidən çoxlu hədis və rəvayətlər nəql edilib və bu müdrik kəlamlar «Nəhcül-Bəlağə» adlı bir topluda cəm edilib.
ADMIN
ADMIN
Admin

İsmarıc sayı : 127
Age : 33
Şəhər/ölk&am : baki.axmedli.dagli
Reputation : 0
Points : 55528
Registration date : 14/03/09

http://rapcemetry.azersayt.com

Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt

- Similar topics

648a1 :: Din

 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.