648a1


Join the forum, it's quick and easy

648a1
648a1
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Axtar
 
 

Sonuç :
 


Rechercher çıkıntı araştırma

En son konular
» Maraqlı bir əhvalat
Fatimeyi-Zəhra (ə) EmptyŞ. Apr. 04, 2009 11:34 pm tarafından ADMIN

» Ər Arvad Mübahisələri
Fatimeyi-Zəhra (ə) EmptyŞ. Apr. 04, 2009 11:33 pm tarafından ADMIN

» Hədislər(oxuyun)
Fatimeyi-Zəhra (ə) EmptyŞ. Apr. 04, 2009 11:32 pm tarafından ADMIN

» Hər bir müsəlman bunları bilməlidir
Fatimeyi-Zəhra (ə) EmptyŞ. Apr. 04, 2009 11:31 pm tarafından ADMIN

» ALLAH tövbə edən gəncləri sevir
Fatimeyi-Zəhra (ə) EmptyŞ. Apr. 04, 2009 11:29 pm tarafından ADMIN

» Peyğəmbərmiz Məhəmməd (s) -dən hədislər
Fatimeyi-Zəhra (ə) EmptyŞ. Apr. 04, 2009 11:28 pm tarafından ADMIN

» Məhərrəmlik Ayı
Fatimeyi-Zəhra (ə) EmptyŞ. Apr. 04, 2009 11:26 pm tarafından ADMIN

» Salavatın mənası
Fatimeyi-Zəhra (ə) EmptyŞ. Apr. 04, 2009 11:24 pm tarafından ADMIN

» Sənin Peyğəmbərin, Muhəmməd (S.A.V)
Fatimeyi-Zəhra (ə) EmptyŞ. Apr. 04, 2009 11:23 pm tarafından ADMIN

Galeri


Fatimeyi-Zəhra (ə) Empty
Affiliates
free forum

Affiliates
free forum


Fatimeyi-Zəhra (ə)

648a1 :: Din

Aşağa gitmek

Fatimeyi-Zəhra (ə) Empty Fatimeyi-Zəhra (ə)

Yeni mövzu  ADMIN Ş. Apr. 04, 2009 4:08 am

Fatimeyi-Zəhra (ə)
Allah-Təala Fatimənin dünyaya gəlişi ilə «Kövsər» surəsini nazil etdi
Atasının nəslini artıran qız
Həzrət Məhəmməd Peyğəmbərin dünyaya gələn üç qızının ardınca Qasim və Abdullahın doğulması böyük sevincə səbəb olsa da, bu körpələr çox yaşamır. Yaşa dolmuş Xədicənin yenə də qız övladı dünyaya gəlir. Onun adını Fatimə qoyurlar. Fatimə Həzrət Peyğəmbərin dördüncü və ən kiçik qızı idi. Sevimli Peyğəmbərimizi, sonsuz, nəsli artmayan adlandıranlar da oldu. Lakin Allah-Təala Fatimənin dünyaya gəlişi ilə «Kövsər» surəsini nazil etdi: «Həqiqətən, Biz sənə Kövsər bəxş etdik. Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs! Düşmənin özü əbtər, sonsuzdur!». «Kövsər» böyük xeyir, ilahi maarif və bərəkətdən faydalanmaq deməkdir. Peyğəmbərin nəsli məhz Fatimənin vasitəsilə davam edib. Fatimə dünyaya on bir məsum imam bəxş edib. Peyğəmbər ailəsinin iftixarına sahib olan qız - oğulun canişinlik taxtına oturur. Bir cəmiyyətdə ki, qız uşaqları yalnız diri-diri basdırılmaqla paklanır, bir cəmiyyətdə ki, qızlar dəyərsiz bir məxluq kimi qəbul edilir, Fatimə günəştək parlayır!
Sadəcə Fatimə
Fatimə bir neçə adı ilə məşhurdur: Tahirə, Zəkiyyə, Raziyyə, Zəhra, Bətul və s. Məhəmməd Peyğəmbər (s.ə.s) qızının Fatimə adlandırılmasını bununla izah edib ki, Allah onu və onun aşiqlərini atəşdən uzaq saxlayıb. Bəzi rəvayətlərə əsasən, Fatiməni Tahirə də adlandırıblar. Çünki o, bütün nöqsan və çirkinliklərdən uzaq idi. O, hətta heç vaxt heyz və nifas qanı görməyib.
Atasının anası
Fatimənin körpəliyi tufanlar içində keçir. O, anasını kiçik yaşlarında itirir və bütün meylini atasına salır. Fatimə peyğəmbərlik missiyasını yerinə yetirən atasının mehriban çağırışlarına ətrafdakıların istehza ilə yanaşmasının şahidi olurdu. Bir gün səcdə halında olan Peyğəmbərin (s.ə.s) başına qoyun içalatı atdılar. Körpə Fatimə özünü atasına çatdırıb, kiçik əlləri ilə onun üzünü təmizlədi, nəvaziş göstərib əlindən tutdu və birlikdə evə qayıtdılar. Fatimənin öz fədakar atasına sədaqətini görənlər ona «ümmi-əbiha», yəni «atasının anası» ləqəbini verdilər. Fatimə Peyğəmbər yardımçısı olmağa layiqli bir övlad olur.
Peyğəmbərin Fatiməyə olan sevgisi
Tarix Məhəmməd Peyğəmbərin kiçik qızı Fatimə ilə rəftarından heyrətə gəlib. Rəvayətə görə, Peyğəmbər Fatimənin əllərini öpərdi. Əlbəttə, bu səhnələr böyük bir məhəbbətdən soraq verir. Qadına vəhşi münasibətin hakimlik etdiyi bir dövrdə ata öz qızının əllərini öpürdü! Bu ilahi dərslər kişiləri fironçuluqdan əl çəkməyə, qadınları öz şəxsiyyətlərini dəyərləndirməyə çağırırdı. Peyğəmbər Fatiməni o qədər sevib ki, belə deyib: «Fatiməyə əziyyət verən mənə əziyyət verir».
Fatimə - həyat yoldaşı
Fatimə Peyğəmbərimizin əmisi oğlu Əli ilə bir yerdə böyüyüb. Hər iki gənc nurlu bir ortamda tərbiyə aldı. Və günlərin bir günü bu iki nur - Əli və Fatimə bəşəriyyət üçün nümunə olacaq bir ailə qururlar. Fatimənin çoxlu elçiləri olub, ancaq Peyğəmbərimiz Fatimə üçün yalnız Həzrət Əlini layiq bildi. Sevimli Peyğəmbərimiz (s.ə.s) Fatiməyə belə dedi: «Səni imanda ən güclü, elmdə ən bilikli, əxlaqda ən gözəl və ən uca ruhlu bir kəsin yanında əmanət qoyub gedirəm». Fatimə ilə Həzrət Əli çox xoşbəxt ailə həyatı sürdü. Fatimə Əliyə sadiq, qayğıkeş, mehriban həyat yoldaşı oldu. Əli də həmçinin Fatiməyə hər cəhətdən dəstək olurdu, hətta ev işlərində də ona yardım edirdi. Onlar bir-biri üçün yaranmışdılar! Kasıb həyat tərzinə baxmayaraq, onlar hər zaman sevinc, mərhəmət, səmimiyyət içində yaşayıblar. Hətta ən çətin vəziyyətdə də Fatimə Əlidən nə isə tələb etmir, onu əziyyətə salmaq istəmirdi. Fatimə o qədər gözəl həyat yoldaşı olub ki, Əli onun barəsində belə söyləyib: «Fatimə Allaha itaətdə ən yaxşı köməkçidir». Fatimə isə Əli barədə belə deyib: «Ən yaxşı ər, mənim yoldaşımdır».
Fatimənin cehizi
İstər ata evində, istərsə də Əlinin xanımı olanda Fatimənin həyatı sadəliklə keçdi. Hansı ki Fatimə İslam dünyası rəhbərinin qızı idi. Fatimənin ailə həyatı olduqca sadə, dəbdəbəsiz idi. Onun cehizi - bir ədəd köynək, iki ədəd yaylıq, bir ədəd qətfə, bir taxt, iki ədəd döşək, dörd balış, bir pərdə, bir həsir, bir əl daşı dəyirmanı, süd üçün taxta kasa, dəri su qabı, bir küp, bir neçə kuzə, iki gümüş qolbaq, bir mis qab.
ardi var...
ADMIN
ADMIN
Admin

İsmarıc sayı : 127
Age : 30
Şəhər/ölk&am : baki.axmedli.dagli
Reputation : 0
Points : 45208
Registration date : 14/03/09

http://rapcemetry.azersayt.com

Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt


648a1 :: Din

 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.