648a1


Join the forum, it's quick and easy

648a1
648a1
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Axtar
 
 

Sonuç :
 


Rechercher çıkıntı araştırma

En son konular
» Maraqlı bir əhvalat
IMAM Hüseyn (ə) EmptyŞ. Apr. 04, 2009 11:34 pm tarafından ADMIN

» Ər Arvad Mübahisələri
IMAM Hüseyn (ə) EmptyŞ. Apr. 04, 2009 11:33 pm tarafından ADMIN

» Hədislər(oxuyun)
IMAM Hüseyn (ə) EmptyŞ. Apr. 04, 2009 11:32 pm tarafından ADMIN

» Hər bir müsəlman bunları bilməlidir
IMAM Hüseyn (ə) EmptyŞ. Apr. 04, 2009 11:31 pm tarafından ADMIN

» ALLAH tövbə edən gəncləri sevir
IMAM Hüseyn (ə) EmptyŞ. Apr. 04, 2009 11:29 pm tarafından ADMIN

» Peyğəmbərmiz Məhəmməd (s) -dən hədislər
IMAM Hüseyn (ə) EmptyŞ. Apr. 04, 2009 11:28 pm tarafından ADMIN

» Məhərrəmlik Ayı
IMAM Hüseyn (ə) EmptyŞ. Apr. 04, 2009 11:26 pm tarafından ADMIN

» Salavatın mənası
IMAM Hüseyn (ə) EmptyŞ. Apr. 04, 2009 11:24 pm tarafından ADMIN

» Sənin Peyğəmbərin, Muhəmməd (S.A.V)
IMAM Hüseyn (ə) EmptyŞ. Apr. 04, 2009 11:23 pm tarafından ADMIN

Galeri


IMAM Hüseyn (ə) Empty
Affiliates
free forum

Affiliates
free forum


IMAM Hüseyn (ə)

648a1 :: Din

Aşağa gitmek

IMAM Hüseyn (ə) Empty IMAM Hüseyn (ə)

Yeni mövzu  ADMIN Ş. Apr. 04, 2009 4:11 am

“Hüseyni (ə) qarşıda böyük bir müsibət gözləyir. Bəni Üməyyədən olan bir dəstə zalım, oğlumu öldürəcək"
Həzrət Peyğəmbər (s.ə.s) dəfələrlə Hüseyni qucağına alıb öpər, ağlayar və belə buyurarmış
Aşura günü bir çox əlamətdar hadisələr baş versə də müsəlmanlar bu günü daha çox Hz. Muhammədin (Ə) nəvəsi imam Hüseynin (Ə) şəhid olduğu gün kimi xatırlayır.

İmam Hüseyn Əleyhissəlam
İmamin şəxsiyyəti
Adı: Hüseyn (ə)
Ləqəbi: Seyyidüş-şühəda
Künyəsi: Əbu Abdullah
Atası: Əli (ə)
Anası: Fatimeyi-Zəhra (s)
Babası: Peyğəmbər (s.ə.s)
Doğum ili: Hicri 4-cü il
İmamlıq müddəti: 10 il
Ömrü: 57 il
Şəhidlik: Hicri 61-ci ildə Yezidin əmri ilə şəhid edildi.
Məzarı: Kərbəlada (İraq)

Təvəllüdü

Həzrət Fatimənin ikinci övladı 4-cü hicri ilinin Şəban ayının 3-də Mədinə şəhərində dünyaya göz açıb. Həzrət Peyğəmbər (s.ə.s) bu xəbəri eşidən kimi sevinə-sevinə qızının evinə tərəf yola düşüb. Əziz Peyğəmbərimiz (s.ə.s) körpəni qucağına alıb, sağ qulağına azan, sol qulağına isə iqamə oxuyub. Həzrət Hüseyni (ə) birinci dəfə Allahın adı ilə yaxından tanış edib.
Təvəllüdün yeddinci günü Allah tərəfindən Həzrət Peyğəmbərə (s.ə.s) nazil olan mələk belə dedi: “Harun, Musa peyğəmbərə qardaş, dost və bütün çətinliklərdə onun köməyinə gələn bir sirdaş olduğu kimi, Əli (ə) də sənin dostun və qardaşındır. Buna görə də bu uşağın adını Harunun oğlunun adı olan Şübeyr (ərəbcə Hüseyn) qoy”. Beləliklə, Həzrət Hüseyn əleyhissəlamın adı Allah tərəfindən qoyuldu.
Həzrət Peyğəmbər (s.ə.s) dəfələrlə bu uşağı qucağına alıb öpər, ağlayar və belə buyurardı: “Hüseyni (ə) qarşıda böyük bir müsibət gözləyir. Bəni Üməyyədən olan bir dəstə zalım, oğlumu öldürəcək. Onlar qiyamət günü həmişəlik olaraq mənim şəfaətimdən məhrum olacaqlar”.

Peyğəmbərin Hüseynə olan məhəbbəti

Həzrət Peyğəmbərin (s.ə.s) əshabından olan Salman Farsi bu barədə belə deyib: “Peyğəmbərin (s.ə.s) oğlu Hüseyni (ə) dizi üstündə oturdub onu öpərkən nəvaziş etdiyini gördüm. Bu zaman həzrət belə buyurdu: Sən imamsan, imamın oğlu və imamların atasısan. Sənin nəslindən doqquz imam dünyaya gələcəkdir ki, onların axırıncısı vəd olunmuş Məhdidir”.
Peyğəmbərin (s.ə.s) Hüseynə (ə) olan sevgi və məhəbbətini ən yaxşı şəkildə ifadə edən cümləsi budur: “Hüseyn (ə) məndən, mən də Hüseyndənəm (ə). Hər kim Həsən (ə) və Hüseyni (ə) sevsə, məni sevib. Hər kəs onlarla düşmənçilik etsə, mənimlə düşmənçilik edibdir”.

Hüseyn (Ə) ata-anasına köməkçi idi

Həzrət imam Hüseyn əleyhissəlam ömrünün altı ilini babası Peyğəmbər (s.ə.s) ilə keçirib. Peyğəmbərin (s.ə.s) vəfatından sonra isə otuz il atası Əli (ə) ilə yaşayaraq onun bütün dərdlərinə, çətinliklərinə şərik olmuş və həmişə atasını müdafiə etmişdi. Necə ki, bir gün Peyğəmbərin (s.ə.s) məscidinə gəlib ikinci xəlifənin babasının minbəri üstündə oturub danışdığını görəndə, Hüseyn (ə) fəryad edib dedi: “Babamın və atamın minbərindən düş aşağı! Ora sənin yerin deyil”.
Atasının xəlifə olduğu bir neçə il ərzində fədakar və yorulmaz bir əsgər kimi İslamı müdafiə edir, eləcə də zalımlar əleyhinə mübarizə aparırdı. Cəməl, Siffeyn və Nəhrəvan müharibələrində o da, qardaşı imam Həsən Müctəba (ə) kimi iştirak etmiş, dəfələrlə atası ilə çiyin-çiyinə düşmənə qarşı döyüşmüşdü. Atasının şəhadətindən sonra qardaşını rəhbər və imam kimi qəbul etmiş və özünə verilən sualları qardaşı imam Həsənə (ə) həvalə etmişdi.

İmam Hüseyn (Ə) Müaviyənin dövründə

İmam Həsən əleyhissəlam Müaviyə tərəfindən şəhid edildikdən sonra Əli əleyhissəlamın 46 yaşında olan ikinci oğlu imam Hüseyn əleyhissəlam xəlifəlik və imamət məqamına yetişmişdi.
İmam Hüseyn əleyhissəlam çox yaxşı bilirdi ki, müsəlmanların başına gələn bütün bədbəxtliklər Müaviyə tərəfindəndir və Müaviyə müxtəlif hiylə və planlarla İslamın əsaslarını məhv etmək istəyir. Amma Müaviyə özünü xalqa elə göstərirdi ki, guya, İslam və müsəlmanların halına yanan yeganə adamdır. Buna görə də imam Hüseyn əleyhissəlam onunla aşkar şəkildə mübarizə apara bilmirdi. Çünki bilirdi ki, mübarizəyə qalxarsa, taleyi qardaşının taleyi kimi olacaq. Buna görə də imam (ə) çalışırdı ki, xalqı cəhalət və nadanlıq yuxusundan ayıldıb, tədricən şüurlu adamları öz tərəfinə çəkərək onlardan İslamın mənafeyi naminə istifadə etsin. İmam (ə) hələ mömin şəxslərin tərbiyəsi ilə məşğul ikən, bəzən Müaviyənin əleyhinə də danışırdı. Müaviyə oğlu Yezid üçün xalqdan beyət aldığı zaman, imam Hüseyn əleyhissəlam bu işə qarşı çıxıb Müaviyəyə göndərdiyi məktublar vasitəsilə onu rüsvay etmişdi. Həmin məktublardan bəziləri:

1. “Ey Peyğəmbər xəlifəsi olduğunu iddia edən Müaviyə! Sən Əzra çölündə Hicr ibn Ədiyyi və dostlarını öldürmədinmi? Demək, sən qatil və günahkarsan, səni cəzalandırmaq lazımdır və sənin ümmətin rəhbəri olmağa haqqın yoxdur”.
2. “Ey Müaviyə! Sən illər boyu xalqın arasında atası bəlli olmayan Ziyadı öz qardaşın və əbu Süfyanın haramzadə oğlu olaraq tanıtmadınmı? Beləliklə, sən öz ailənin təmiz olmadığını etiraf edibsən. Buna görə də sənin İslam ümmətinə rəhbərlik etməyə haqqın yoxdur”.
3. “Ey Müaviyə! Sənin çirkin əməllərindən biri də budur ki, Yezid adlı səfeh bir cavanı xalqa hakim edib onun üçün camaatdan zorla beyət alırsan. Deməli, sən Allahın dinini xarab edib müsəlmanları oyuncaq hesab edirsən”.
ADMIN
ADMIN
Admin

İsmarıc sayı : 127
Age : 33
Şəhər/ölk&am : baki.axmedli.dagli
Reputation : 0
Points : 56518
Registration date : 14/03/09

http://rapcemetry.azersayt.com

Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt

- Similar topics

648a1 :: Din

 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.