Axtar
En son konular
Salamlaşmağın önəmi
Salamlaşmağın önəmi
Salamlaşmağın önəmi
Bildiyimiz kimi, İslam dini insanlararası münasibətlərin yüksək səviyyədə qurulmasına, cəmiyyətin ünsürü olan insanların bir-biri ilə mehriban davranmasına böyük əhəmiyyət verir. Hər bir müsəlman hətta tanımadığı insanlarla belə xoş davranmalı, qarşılaşdığı insanlara sevinc bəxş etməyə salışmalıdır. İnsani münasibətlərin qurulmasında və inkişaf etməsində böyük rol oynaması baxımından salamlaşmaq bu barədə böyük əhəmiyyət kəsb edir. Belə ki, salam, bir müsəlmanın başqa bir müsəlmana rahatlıq, bərəkət və səadət diləklərini dini bir çərçivədə təqdim etməsidir.
Salamlaşmaq, tanış olmağımıza, qaynaşmağımıza vəsilə olmaqla bərabər, həm də aramızdakı inciklik və kin-küdurəti yox edərək bir-birimizə yaxınlaşmağımıza kömək olur. Bu barədə Həzrəti Peyğəmbər (s.ə.s.) belə buyurmuşdur: «İman etməmiş cənnətə girə bilməzsiniz. Bir-birinizi sevməmiş də həqiqi iman etmiş olmazsınız. Sizə elə bir şey söyləyimmi ki, onu etdikdə bir-birinizi sevəsiniz? Aranızda salamı yayın» (Tac, c. 5, səh. 244).
Dilimizdə formasını dəyişərək sadəcə «salam» kimi qalmış bu ifadə əslində «əssəlamu-aleykum» – «və aleykumu's-səlam» qısa dialoqudur ki, bunların bu şəkildə işlənməsi həm islami, həm də məntiqi cəhətdən daha doğrudur. Qurani-Kərimdə başqa evlərə icazə almadan və salam vermədən girməməyi əmr edən, müsəlmanların əsas cəhətlərindən birinin də salamlaşma olduğunu bildirən ayələrlə bərabər peyğəmbərimiz də sevgiyə aparan yolun salamlaşmağı yaymaqdan keçdiyini bildirmişdir. Lakin yuxarıda da qeyd edildiyi kimi, burada söhbət təkcə tanıdığımız adamlara salam verməkdən getmir. Onlara onsuz da salam veririk. Söhbət həm də tanımadığımız adamlarla salamlaşmaqdan gedir. Elə Hz. Peyğəmbərə (s.ə.s.) də hansı müsəlmanın daha xeyirli olması barədə sual veriləndə «Başqalarının qarnını doyuran və tanıdığına-tanımadığına salam verəndir» buyurmuşdur (Riyazu's-Salihin, c.2, səh. 226).
Onu da unutmamalıyıq ki, salam vermək sünnətdirsə, salamı almaq vacibdir. Yəni verilən salamı cavabsız buraxmaq günah olmaqla bərabər, həm də müsəlmana yaraşmayan hərəkətdir. Bəzən salam verərkən cavabının yalnız başı tərpətməklə verildiyinin yəqin ki, hamımız şahidi olmuşuq. Bu cür salamlaşmaq İslama uyğun deyil. Salamın cavabı ən gözəl şəkildə verilməlidir. Bu barədə Qurani-Kərimdə belə buyurulmuşdur: «Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya eynilə qaytarın. Şübhəsiz, Allah hər şeyi hesaba alandır» (Nisa, 86).
Qiyamət günündə Rəbbimizin rəhmətinə nail olmaq və cənnətə daxil olmaq üçün bu gözəl duanı, yəni salamı bir-birimizdən əsirgəməyək, bu sahədə simic olmayaq. Peyğəmbərimiz (s.ə.s.): «Əsl simic salamlaşmada simiclik edəndir» (Buxari, Ədəbu'-Mufrəd, səh. 268) deyə buyurmuşdur.
Cənnətin qapıları açılanda möminlərin salamla qarşılanacaqlarını bildirən bir ayədə belə buyurulur:
«Rəbbindən qorxanlar da dəstə-dəstə cənnətə gətiriləcəklər. Nəhayət, ora çatanda onun qapıları açılacaq və gözətçilər onlara: «Salam əleykum! Xoş gəldiniz! Əbədi qalacağınız cənnətə daxil olun!» - deyəcəklər» (Zumər, 73).

Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
|
|
Ş. Apr. 04, 2009 11:34 pm tarafından ADMIN
» Ər Arvad Mübahisələri
Ş. Apr. 04, 2009 11:33 pm tarafından ADMIN
» Hədislər(oxuyun)
Ş. Apr. 04, 2009 11:32 pm tarafından ADMIN
» Hər bir müsəlman bunları bilməlidir
Ş. Apr. 04, 2009 11:31 pm tarafından ADMIN
» ALLAH tövbə edən gəncləri sevir
Ş. Apr. 04, 2009 11:29 pm tarafından ADMIN
» Peyğəmbərmiz Məhəmməd (s) -dən hədislər
Ş. Apr. 04, 2009 11:28 pm tarafından ADMIN
» Məhərrəmlik Ayı
Ş. Apr. 04, 2009 11:26 pm tarafından ADMIN
» Salavatın mənası
Ş. Apr. 04, 2009 11:24 pm tarafından ADMIN
» Sənin Peyğəmbərin, Muhəmməd (S.A.V)
Ş. Apr. 04, 2009 11:23 pm tarafından ADMIN