648a1


Join the forum, it's quick and easy

648a1
648a1
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Axtar
 
 

Sonuç :
 


Rechercher çıkıntı araştırma

En son konular
» Maraqlı bir əhvalat
Peyğəmbərimiz necə dəstəmaz alıb EmptyŞ. Apr. 04, 2009 11:34 pm tarafından ADMIN

» Ər Arvad Mübahisələri
Peyğəmbərimiz necə dəstəmaz alıb EmptyŞ. Apr. 04, 2009 11:33 pm tarafından ADMIN

» Hədislər(oxuyun)
Peyğəmbərimiz necə dəstəmaz alıb EmptyŞ. Apr. 04, 2009 11:32 pm tarafından ADMIN

» Hər bir müsəlman bunları bilməlidir
Peyğəmbərimiz necə dəstəmaz alıb EmptyŞ. Apr. 04, 2009 11:31 pm tarafından ADMIN

» ALLAH tövbə edən gəncləri sevir
Peyğəmbərimiz necə dəstəmaz alıb EmptyŞ. Apr. 04, 2009 11:29 pm tarafından ADMIN

» Peyğəmbərmiz Məhəmməd (s) -dən hədislər
Peyğəmbərimiz necə dəstəmaz alıb EmptyŞ. Apr. 04, 2009 11:28 pm tarafından ADMIN

» Məhərrəmlik Ayı
Peyğəmbərimiz necə dəstəmaz alıb EmptyŞ. Apr. 04, 2009 11:26 pm tarafından ADMIN

» Salavatın mənası
Peyğəmbərimiz necə dəstəmaz alıb EmptyŞ. Apr. 04, 2009 11:24 pm tarafından ADMIN

» Sənin Peyğəmbərin, Muhəmməd (S.A.V)
Peyğəmbərimiz necə dəstəmaz alıb EmptyŞ. Apr. 04, 2009 11:23 pm tarafından ADMIN

Galeri


Peyğəmbərimiz necə dəstəmaz alıb Empty
Affiliates
free forum

Affiliates
free forum


Peyğəmbərimiz necə dəstəmaz alıb

648a1 :: Din

Aşağa gitmek

Peyğəmbərimiz necə dəstəmaz alıb Empty Peyğəmbərimiz necə dəstəmaz alıb

Yeni mövzu  ADMIN Ş. Apr. 04, 2009 4:19 am

Peyğəmbərimiz necə dəstəmaz alıb

Həzrəti Peyğəmbər (s.ə.s.) ibadət həyatını təmizlik üzərinə qurmuşdur. Çünki insanın ruhən təmiz olmasında, yaxşı əməllərə meyil etməsində və pis əməllərdən çəkinməsində maddi təmizliyin böyük təsiri vardır. Bu barədə Allah-Təala belə buyurur: “... Allah tövbə edənləri və (təmiz) pak olanları sevər” (Bəqərə, 222).
“Təmizlik imanın yarısıdır” (Muslim, Təharət, 1) hədisi də bu həqiqəti bir daha göstərməkdədir. Elə buna görə də Allah-Təalanın hüzuruna çıxan hər bir müsəlmana namaz və təvaf kimi ibadətlərdən əvvəl dəstəmaz almaq fərz buyurulmuşdur.

Bu mövzuda Ukbə ibn Amr (r.a.) Rəsulullahın (s.ə.s.) belə buyurduğunu rəvayət edir: “Gözəl bir şəkildə dəstəmaz alıb, sonra iki rükət namaz qılan və namaza bütün ruhu və mənliyi ilə yönələn hər kəsə cənnət vacib olur”. Dəstəmazın fəzilətini başa salan başqa bir hədisdə isə deyilir: “Kim dəstəmaz aldıqdan sonra kəlmeyi-şəhadət də gətirərsə ona cənnətin səkkiz qapısı açılar və insan istədiyi qapıdan cənnətə daxil olar” (Muslim, Təharət, 17)

Əbu Hureyrənin rəvayət etdiyi başqa bir hədisdə isə bir gün Həzrəti Peyğəmbərin (s.ə.s.) qəbiristanlığa gələrək belə dediyi bildirilir:

“Allahın salamı üzərinizə olsun, ey möminlər diyarının sakinləri! İnşallah bir gün biz də sizin yanınıza gələcəyik. Bilirsiniz ki, qardaşlarımı görməyi nə qədər istəyirəm. Həqiqətən onlar üçün çox darıxmışam”.

Orada olanlar “Məgər biz sənin qardaşların deyilik?” - deyə soruşurlar. Peyğəmbər (s.ə.s.) belə cavab verir: “Siz mənim səhabələrimsiniz. Qardaşlarımız isə hələ dünyaya gəlməyənlərdir”. Bu cavabı eşidən səhabələr daha da maraqla soruşurlar: “Ey Allahın Rəsulu! O zaman siz hələ dünyaya gəlməyən qardaşlarımızı necə tanıyacaqsınız? Həzrəti Peyğəmbər (s.ə.s.) bu suala belə cavab verir: “Təsəvvür edin ki, bir nəfərin ayaqları və üzü ağappaq olan bir atı vardır. Bu insan öz atını, hamısı qara olan atların içərisində necə rahatlıqla seçib taparsa, mən də öz qardaşlarımı eləcə tanıyacağam. Onların bu şəkildə fərqlənmələrinə səbəb isə onların dəstəmaz almaları və dəstəmaz alınan yerlərinin təmizliyinə timsalən ağappaq olmalarıdır. Mən qiyamət günü hovuz başına əvvəlcədən gedərək onları orada gözləyəcəyəm” (Muslim, Təharət, 39).

Buradan da göründüyü kimi, dəstəmaz və ümumiyyətlə təmizlik müsəlmanın təmiz olması ilə bərabər, həm də qiyamət günü digər insanlardan fərqləndirən bir əlaməti, Muhəmməd ümmətindən olduğunun göstəricisidir. Səhabələr bu xəbəri eşitdikdən sonra dəstəmazlarına daha çox diqqət etməyə və dəstəmaz üzvlərini daha diqqətli şəkildə yumağa başlamışdılar. Hz Peyğəmbər (s.ə.s.) başqa bir hədisində belə buyurmaqdadır:

“Qiyamət günü mömin insanın nuru, dəstəmaz suyunun çatdığı yerə qədər olacaqdır” (Muslim, Təharət, 40).

Dəstəmaz sadəcə namaz qılmaq və ya hər hansı bir ibadəti həyata keçirmək üçün alınmamalıdır. Belə ki, İslam dini insanları daima dəstəmazlı olmağa təşviq edir. Lakin hər zaman dəstəmazlı olmaq hər bir insanın edə biləcəyi bir iş deyildir. Bunu sadəcə dəstəmazın faydalarını yaxşıca dərk edən müsəlmanlar edə bilərlər. Ona görə də, hər zaman təmiz olmaq imanın əlamətlərindən biri kimi qəbul olunmuşdur və bu barədə olan bir hədisdə belə buyurulur: “Daima dəstəmazlı olmaq yalnız mömin olan kimsələrə məxsusdur” (Muslim, Təharət, 6).

Rəsulullah qüsl almalı olduğu hallarda, onu alana qədər dəstəmazsız qalmamaq üçün əllərini divara sürtərək təyəmmüm alarmış (Heysəmi, I, 264).

Onun bu hərəkətini görən səhabələr də onun yolu ilə gedərək dəstəmazları pozulanda dərhal yenisini almağa, hətta aldıqları dəstəmazın üstündən uzun vaxt keçdikdə onu təzələməyi adət halına gətirmişdilər. Çünki Həzrəti Peyğəmbər (s.ə.s.) bu haqda “Kim dəstəmazlı olduğu halda onu təzələsə (yəni yeni bir dəstəmaz alsa) Allah-Təala bu səbəblə ona on savab yazar” buyurmuşdur (Tirmizi, Təharət, 44).

Dəstəmazın fəziləti, onun insana verdiyi maddi və mənəvi təmizliyi haqqında olan hədislərin sayı olduqca çoxdur. Bu gün artıq tibb elmi də sübut etməkdədir ki, dəstəmazın sağlamlıq baxımından müsbət cəhətləri həddən artıq çoxdur.
ADMIN
ADMIN
Admin

İsmarıc sayı : 127
Age : 33
Şəhər/ölk&am : baki.axmedli.dagli
Reputation : 0
Points : 55308
Registration date : 14/03/09

http://rapcemetry.azersayt.com

Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt


648a1 :: Din

 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.