648a1


Join the forum, it's quick and easy

648a1
648a1
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Axtar
 
 

Sonuç :
 


Rechercher çıkıntı araştırma

En son konular
» Maraqlı bir əhvalat
İslamda QIZIL İSTİFADƏ ETMƏNİN HÖKMU EmptyŞ. Apr. 04, 2009 11:34 pm tarafından ADMIN

» Ər Arvad Mübahisələri
İslamda QIZIL İSTİFADƏ ETMƏNİN HÖKMU EmptyŞ. Apr. 04, 2009 11:33 pm tarafından ADMIN

» Hədislər(oxuyun)
İslamda QIZIL İSTİFADƏ ETMƏNİN HÖKMU EmptyŞ. Apr. 04, 2009 11:32 pm tarafından ADMIN

» Hər bir müsəlman bunları bilməlidir
İslamda QIZIL İSTİFADƏ ETMƏNİN HÖKMU EmptyŞ. Apr. 04, 2009 11:31 pm tarafından ADMIN

» ALLAH tövbə edən gəncləri sevir
İslamda QIZIL İSTİFADƏ ETMƏNİN HÖKMU EmptyŞ. Apr. 04, 2009 11:29 pm tarafından ADMIN

» Peyğəmbərmiz Məhəmməd (s) -dən hədislər
İslamda QIZIL İSTİFADƏ ETMƏNİN HÖKMU EmptyŞ. Apr. 04, 2009 11:28 pm tarafından ADMIN

» Məhərrəmlik Ayı
İslamda QIZIL İSTİFADƏ ETMƏNİN HÖKMU EmptyŞ. Apr. 04, 2009 11:26 pm tarafından ADMIN

» Salavatın mənası
İslamda QIZIL İSTİFADƏ ETMƏNİN HÖKMU EmptyŞ. Apr. 04, 2009 11:24 pm tarafından ADMIN

» Sənin Peyğəmbərin, Muhəmməd (S.A.V)
İslamda QIZIL İSTİFADƏ ETMƏNİN HÖKMU EmptyŞ. Apr. 04, 2009 11:23 pm tarafından ADMIN

Galeri


İslamda QIZIL İSTİFADƏ ETMƏNİN HÖKMU Empty
Affiliates
free forum

Affiliates
free forum


İslamda QIZIL İSTİFADƏ ETMƏNİN HÖKMU

648a1 :: Din

Aşağa gitmek

İslamda QIZIL İSTİFADƏ ETMƏNİN HÖKMU Empty İslamda QIZIL İSTİFADƏ ETMƏNİN HÖKMU

Yeni mövzu  ADMIN Ş. Apr. 04, 2009 4:20 am

İslamda QIZIL İSTİFADƏ ETMƏNİN HÖKMU


İslam dini bəzənməyi mübah görmüş, hətta bəzən onu lazımı yerlərdə təşviq etmişdir. Allah Təala belə buyurmuşdur: «(Ya Peyğəmbərim!) De: "Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?" De: "Bunlar dünyaya iman gətirənlər üçündür (lakin kafirlər də onlardan istifadə edə bilərlər), qiyamət günündə (axirətdə) isə yalnız möminlərə məxsusdur". Biz ayələrimizi anlayıb-bilən bir tayfaya belə ətraflı izah edirik» (əl-Əraf 7:32).

Fəqət bunlarla yanaşı kişilərə haram, qadınlara da halal buyurulan bəzi zinət əşyaları vardır. Kişilərə haram olan zinət əşyaları qızıl və ipək paltardır. Əli ibn Abu Talib (r.a) rəvayət edilən bir hədisdə Rəsulullah belə buyurmuşdur: «Peyğəmbər (s.a.s) ipəyi sağ əlinə, qızılı da sol əlinə alaraq buyurdu: "Bu ikisi ümmətimin kişilərinə haramdır."» (ət-Tirmizi, Libas 1; İbn Macə Libas 19)

Bir gün Peyğəmbər (s.a.s) bir adamın əlində qızıl üzük gördüyü zaman onu çıxardıb atdı və buyurdu ki: «Sizdən hər hansı biriniz atəş parçasını barmağına taxmağa razı olarmı heç?» Rəsulullah (s.a.s) oradan uzaqlaşdıqdan sonra həmin adama dedilər: «Üzüyü götür ondan faydalan». Həmin adam cavab verdi: «Rəsulullah (s.a.s) onu atdıqdan sonra vallahi onu götürmərəm» (Müslim, Libas 52)

Fəqihlərə (İslam hüquqşünasları) görə qızıl qələm, saat, yandırıcı və s. haram buyrulmuşdur. Gümüş üzük istifadə etmək isə müsəlmanlara halal buyurulmuşdur.

Abdullah İbn Ömərdən rəvayət edilən bir hədisdə belə deyilir: «Rəsulullah (s.a.s) gümüşdən bir üzük düzəltdirmiş və barmağına taxmışdır» (Əbu Davud, Hatəm 4; ət-Tirmizi Libas 43).

İslam qızılı kişilərə haram qılmaqla əxlaqi və tərbiyəvi bir hədəfə yönəlmişdir. İslam kişinin, qürurunun qorunmasının, kimsənin qarşısında əyilməsinin doğru olmadığını bildirmişdir. Kişinin də qadınlar kimi öz zinət əşyaları ilə öyünməsi onu başqalarının yanında gözdən salır.

Qızılın kişiyə haram buyurulmasının başqa bir səbəbi də vardır:
Qızıl əşyalarının daha çox istifadə olunması iqtisadi cəhətdən də sərfəli deyil. Bu da nəticədə israfa gətirib çıxarır. İslamın nəzərində israf, millətləri həlak edən, iqtisadi cəhətdən onları geridə qoyan bir amildir. İsraf xeyirli və doğru bütün yolların, prinsiplərin düşmənidir. Quran Kərimdə deyilir:
«Biz bir məmləkəti məhv etmək istədikdə (peyğəmbərlərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (Allaha itaət etməyi, iman gətirməyi) əmr edərik. Lakin onlar (Allaha asi olub) pis-pis işlər törədərlər. Beləliklə, (o məmləkətə əzab verilməsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik.» (əl-İsra 17:16).

İslam dini müsəlmanların həyatındakı bütün israfları haram qılmışdır. Kişilərə qızıl və ipəkdən istifadə etməni qadağan etdiyi kimi, bütün müsəlmanlara qadın və kişilərə hamısına qızıl və ümüş qablardan istifadə etməyi də haram etmişdir.

Belə ki qızıl dünya bazarlarında ən önəmli bir maddədir. Ona bu qədər tələbat onun qiymətini daha da qaldırır ki bu da müəyyən dərəcədə alıcılara sərf etmir. İnsanlar da müəyyən ehtiyacları üçün onu əldə etmək istədikdə (məsələn mehr və ya nişan) üçün çox baha qiymətə almaq məcburiyyətində qalırlar. Bütün bunlar göz önünə alınaraq kişilərin qızıldan istifadə etməsi haram buyurulmuşdur.

Fikirlərinizi bildirməyi unutmayın..!!
ADMIN
ADMIN
Admin

İsmarıc sayı : 127
Age : 33
Şəhər/ölk&am : baki.axmedli.dagli
Reputation : 0
Points : 56518
Registration date : 14/03/09

http://rapcemetry.azersayt.com

Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt

- Similar topics

648a1 :: Din

 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.