648a1


Join the forum, it's quick and easy

648a1
648a1
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Axtar
 
 

Sonuç :
 


Rechercher çıkıntı araştırma

En son konular
» Maraqlı bir əhvalat
Vəhabilər EmptyŞ. Apr. 04, 2009 11:34 pm tarafından ADMIN

» Ər Arvad Mübahisələri
Vəhabilər EmptyŞ. Apr. 04, 2009 11:33 pm tarafından ADMIN

» Hədislər(oxuyun)
Vəhabilər EmptyŞ. Apr. 04, 2009 11:32 pm tarafından ADMIN

» Hər bir müsəlman bunları bilməlidir
Vəhabilər EmptyŞ. Apr. 04, 2009 11:31 pm tarafından ADMIN

» ALLAH tövbə edən gəncləri sevir
Vəhabilər EmptyŞ. Apr. 04, 2009 11:29 pm tarafından ADMIN

» Peyğəmbərmiz Məhəmməd (s) -dən hədislər
Vəhabilər EmptyŞ. Apr. 04, 2009 11:28 pm tarafından ADMIN

» Məhərrəmlik Ayı
Vəhabilər EmptyŞ. Apr. 04, 2009 11:26 pm tarafından ADMIN

» Salavatın mənası
Vəhabilər EmptyŞ. Apr. 04, 2009 11:24 pm tarafından ADMIN

» Sənin Peyğəmbərin, Muhəmməd (S.A.V)
Vəhabilər EmptyŞ. Apr. 04, 2009 11:23 pm tarafından ADMIN

Galeri


Vəhabilər Empty
Affiliates
free forum

Affiliates
free forum


Vəhabilər

648a1 :: Din

Aşağa gitmek

Vəhabilər Empty Vəhabilər

Yeni mövzu  ADMIN Ş. Apr. 04, 2009 12:54 pm

Sual: Fransadan sual verən bir qadın deyir ki, o islam dinini təzəlikçə qəbul edib və həmişə "Əl-Vəhabiyyə" sözünü eşidir. Ona görə də, şeyxin, Allah onu mühafizə etsin, bu məsələyə açıqlama verməsini istəyir.

Cavab: Ey qızım, Allahdan diləyim budur ki, sizi islamda və sünnədə sabit etsin. Ey Allahım! Onu sabit et! (Şeyx bu duanı üç dəfə etdi)

Vəhabi kəliməsi əş-Şeyx Muhəmməd ibn Abdulvəhaba, Allah ona rəhmət etsin, nisbət edilir. Çünki hicrətin on ikinci əsrinin ortalarında, o Tövhidə (ibadətdə Allahı təkləşdirmək) dəvəti canlandırmışdır. Bu oyanışda, dirçəlmədə ona Əmir İmam Muhəmməd ibn Saud, Allah hər ikisinə rəhmət etsin kömək etmişdir.

Bu cür adla çağırmaq, adlandırmaq düşmənlər, Tövhidin, Sünnətin düşmənləri tərəfindən istifadə edilir. Elə olub ki, tövhid və sünnəyə düşmən olan hər bir kəs, Tövhid və Sünnə ilə gedən, ona tabe olan insanları "Vəhabi" adlandırırlar. Bu "Əl-Vəhabiyyə" kəliməsinin izahıdır.

Siz bilməlisiniz ki, bu cür adlandırma, nisbət etmə yanlışdır, həm məzəmmət olunmalı, həm də batil bir nisbət etmədir. Çünki Əş-Şeyx Muhəmməd ibn Abdulvəhab Allah ona rəhmət etsin özünü bu cür adlandırmamışdır. Eynilə, ondan sonra gələn dəvət alimləri onu bu cür adlandırlmamış, oğulları, nəvələri və indiki dövrümüzə kimi bütün dəvət qardaşları onu bu adla çağırmamışdır.

İnsanlar arasında onu bu cür adlandıran yalnız mövhümatçılar, bidətçilər, bidət əhli və şirk əhlidir. Sünnə ilə gedən insanları bu cür adlandıran məhz onlardır.

Qeyd, tərcüməçinin əlavəsi:

Bidət-islam dininə sonradan əlavə edilən, Allah və Rəsulunun əmr etmədiyi məsələlərdir (məs: peyğəmbərin doğum gününü qeyd etmək, ad günü və s.).

Mövhümat: Kor-koranəlik, elmsizlik, geri zəkalılıq (məs: daşa, taxtaya, əskiyə ibadət etmək, zəncir vurmaq, pirlərdən kömək istəmək, ölülərdən kömək istəmək, qəbiri fırlanmaq, ələ ip bağlamaq, göz muncuğu, eşşək nalı taxmaq, qara pişik, qara qarğa kimi canlıların zərər, xeyir verəcəyinə inanmaq, müəyyən günlərin, ayların pis olduğuna inanmaq, ayağın düşmədi, əlin ağırdır kimi sözlər istifadə etmək, bir sözlə Allahın dini ilə əlaqəsi olmayan uydurma əməllər etmək)

Ubeyd əl-Cabiri



İbn Qeyyim Vəhabi olmuşdur?


Cavab: Şeyx, Allah onu hifz etsin, dedi:
Bu çox qəribə şeydir. "Vəhabi" sözünü Şeyx Muhəmməd ibn Abdulvəhaba nisbət edirlər. İbn əl-Qeyyim hicrətin 751-ci ilində, Muhəmməd ibn Abdulvəhab isə hicrətin 1115-ci ilində vəfat etmişdir.
Bu (bu cür söyləmək) cahil insanın işidir; görürsən ki, bu kəs (cahil insan) doğru mənhəc (metodologiya) və doğru yol üzərində olanın Vəhabi olduğunu söyləyir; hətta həmin kəslər (İmam Muhəmməd Abdulvəhabdan) uzun müddət əvvəl yaşamalarına baxmayaraq.
"Vəhabilik" yeni hərəkət tərzi (cərəyan) və yaxud yeni mənhəc və yaxud yeni əqidə və ya firqə deyil.
Əksinə, İmam Muhəmməd ibn Adbulvəhab, Allah ona rəhmət etsin, yeni bir şey gətirməmişdir və yeni bir mənhəc ilə gəlməmişdir. Onun gətirdiyi bu ümmətin Sələfinin (səhabələr, tabiinlər) üzərində addımladığı idi.
Muhəmməd ibn Abdulvəhab sönmüş bir şeyi canlandırmış, Quran və Sünnəni, ümmətin Sələfinin üzərində olduğu yolu dəstəkləmişdir. Ona görə də, onun gətirdiyi Sünnəyə tabe olmaq, bu ümmətin sələfinin yolu ilə addımlamaq idi, yeni bir şey deyildi.
(Onun gətirdiyi) ixtira edilən (uydurulan, bidət edilən) yeni mənhəclərdən fərqlidir və onların xüsusi mənhəci və xüsusi yolları var.
Əksinə o ancaq Sünnəni dirçəltmiş və sünnəni bəyan etmişdir, Kitab və Sünnədən möhkəm tutmuşdur (bunlara bağlanmışdır); ona görə də o özü ilə heç bir yeni şey gətirməmişdir.
Şeyx Muhəmməd ibn Abdulvəhabın özü ilə gətirdiyi, İbn əl-Qeyyim, İbn Teymiyyə, Dörd İmam və Səhabələrin gətirdiyi idi.
ADMIN
ADMIN
Admin

İsmarıc sayı : 127
Age : 33
Şəhər/ölk&am : baki.axmedli.dagli
Reputation : 0
Points : 56518
Registration date : 14/03/09

http://rapcemetry.azersayt.com

Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt


648a1 :: Din

 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.