648a1


Join the forum, it's quick and easy

648a1
648a1
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Axtar
 
 

Sonuç :
 


Rechercher çıkıntı araştırma

En son konular
» Maraqlı bir əhvalat
Rəbbinizin sizdən razı olmasını istərdinizmi ? EmptyŞ. Apr. 04, 2009 11:34 pm tarafından ADMIN

» Ər Arvad Mübahisələri
Rəbbinizin sizdən razı olmasını istərdinizmi ? EmptyŞ. Apr. 04, 2009 11:33 pm tarafından ADMIN

» Hədislər(oxuyun)
Rəbbinizin sizdən razı olmasını istərdinizmi ? EmptyŞ. Apr. 04, 2009 11:32 pm tarafından ADMIN

» Hər bir müsəlman bunları bilməlidir
Rəbbinizin sizdən razı olmasını istərdinizmi ? EmptyŞ. Apr. 04, 2009 11:31 pm tarafından ADMIN

» ALLAH tövbə edən gəncləri sevir
Rəbbinizin sizdən razı olmasını istərdinizmi ? EmptyŞ. Apr. 04, 2009 11:29 pm tarafından ADMIN

» Peyğəmbərmiz Məhəmməd (s) -dən hədislər
Rəbbinizin sizdən razı olmasını istərdinizmi ? EmptyŞ. Apr. 04, 2009 11:28 pm tarafından ADMIN

» Məhərrəmlik Ayı
Rəbbinizin sizdən razı olmasını istərdinizmi ? EmptyŞ. Apr. 04, 2009 11:26 pm tarafından ADMIN

» Salavatın mənası
Rəbbinizin sizdən razı olmasını istərdinizmi ? EmptyŞ. Apr. 04, 2009 11:24 pm tarafından ADMIN

» Sənin Peyğəmbərin, Muhəmməd (S.A.V)
Rəbbinizin sizdən razı olmasını istərdinizmi ? EmptyŞ. Apr. 04, 2009 11:23 pm tarafından ADMIN

Galeri


Rəbbinizin sizdən razı olmasını istərdinizmi ? Empty
Affiliates
free forum

Affiliates
free forum


Rəbbinizin sizdən razı olmasını istərdinizmi ?

648a1 :: Din

Aşağa gitmek

Rəbbinizin sizdən razı olmasını istərdinizmi ? Empty Rəbbinizin sizdən razı olmasını istərdinizmi ?

Yeni mövzu  ADMIN Ş. Apr. 04, 2009 12:59 pm

Allaha, Rəhman və Rəhim olan Rəbbimizə qarşı sadiq olduğumuzu, sıx bağlılığımızı göstərmək, sübut etmək üçün ən böyük xeyir yollarından biri insanlığa, bəşəriyyətə xidmət etməkdir. Allah tərəfindən nazil olan bütün kitablar başqalarına yardım etmək məsələsinə xüsusi əhəmiyyət verir və bunu vurğulayırlar. İslam dinində başqalarına kömək etmək və onların problemlərini həll etmək böyük fədakarlıq, yaxşılıq olmaqla yanaşı, həmçinin geniş, əhatəli bir ibadətdir. Bu əməl yer üzündə sülh, əmin-amanıq üçün stimul və axirətdə isə əbədi mükafat, savaba nail olmaq üçün təqva (Allahdan qorxmaq) vasitəsidir.

Səxavətli, Vəhhab Rəbbimiz bu əməli o qədər xoşlayır ki, biz başqalarına kömək etdikdə, Ğafur Rəbbimiz sadə bir şeydən dolayı-insanların gəzdikləri, getdikləri yoldan bəzi maneələri qaldıraraq kənarlaşdırmaq-bizim günahlarımızı bağışlayır.

Əbu Hureyra radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin belə söylədiyini rəvayət edir: Bir kişi yol ilə gedərkən yolda bəzi böyürtkanlar (tikan) görür. O kişi onları yoldan kənarlaşdırır. Allah təala onun bu fəzilətli əməlinə o qədər ehtiram göstərmişdir ki, Ona bağışlanma bəxş etmişdir (bağışlamışdır)???. (Səhih Muslim.)

Eyni hədisin digər rəvayətində, Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm cənnətdə bir kişinin dolaşdığını gördüyünü dedi. Onun etdiyi əməl yoldan keçən insanlara əziyyət verən bir ağacı kəsib, yoldan uzaqlaşdırmaq olmuşdur.

Bu hədisin şərhində, Əl-Nəvəvi rahiməhullah deyir ki, başqalarına yardım, kömək etməyə səbəb olan hər bir fəzilətli əməl üçün savab vardır.

Alimlər şərh edirlər ki, bu hədisdən götürəcəyimiz başlıca ibrət odur ki, istənilən bir yolla başqalarının sıxıntısını asanlaşdırmağın xüsusi, ona xas fəziləti var: ???İnsanlığın xidmətində olmayınca, etdiyimiz ibadətlər və digər ibadət əməllərimiz bəhrəsizdir???.

Özlərini fəlakət qurbanlarına yardım etməyə həsr edənlərə Allah təala öz bağışlanmasını əta edir. Bu cür fəzilətli əməllər ilə məşğul olanlara Allah təala yalnız bağışlanmasını deyil, həmçinin Öz sonsuz rəhməti ilə Allah Azzə və Cəllə Qiyamət Günündə həmin insanların hesabını asanlaşdırmağı zəmanət verir.

Əbu Hureyra radiyallahu anhu rəvayət edir ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm dedi: ???Kim mömin bir insanın çətinliklərini aradan qaldırarsa, Allah axirətdə onun sıxıntılarından birini uzaqlaşdıracaqdır. Hər kim bir kəsin problemini həll edərsə, Allah təala bu dünya və axirətdə onun üçün işlərini asanlaşdırar...Qul öz qardaşına kömək etdiyi müddətcə, Allah təala Öz quluna həmişə kömək edər???. (Səhih Muslim, 4867)

Bu hədis bizə göstərir ki, bağlılığın, sədaqətli olmağın ən əzəmətli forması, Allahı razı salmaq, məmnun etmək üçün ən üstün yol insanlığa xidmət göstərməkdir. Bu gün kainatımız, dünyamız sülh üçün susamışdır. Bu istiqamətdə bir çox proqramlar və səylərin yerinə yetirilməsinə baxmayaraq, biz hələ də buna nail ola bilməmişik, bilmirik. Halbuki, məsələnin həll yolu aydındır-yəni insanlığa xidmət göstərmək.

Allah təalanın son rəsulu Məhəmməd sallallahu aleyhi və səlləm gəlməmişdən əvvəl Məkkə xalqı cahillik içərisində yaşayırdı. Onların cəmiyyəti sərt, kobud, insan ləyaqəti, qardaşlıq, məhəbbət və rəhmət kimi dəyərlərdən çox uzaqda idi. Elə məhz həmin xalq Peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və səlləmin hidayəti ilə hidayət olunduqları zaman, sadəcə onların davranışı, əxlaqı, müamiləsi onların yenicə həyata keçirdikləri ictimai şüurları ilə ünsiyyət üçün artıq kifayət etmişdir. İslam dininin təlimləri, yuxarıda qeyd olunanlar kimi, müsəlmanlar üçün yeni ictimai həqiqətin əsasını formalaşdırmışdır.

Biz bu dəyərlərin peyğəmbərlərin öz həyatlarında həyata keçirdiklərinin şahidi oluruq. Musa, İsa, Məhəmməd və digər rəsulların timsalında Allah təala bəşəriyyətin, insanlığın digər üzvlərini hidayət etmiş, nura çıxarmışdır. Ona görə də, bizlər onların saleh, doğru davranış, əxlaq tərzinə tabe olmalı və həyatımızı müvafiq olaraq bunun üzərində bina etməliyik. Bizlər, xüsusilə də zülmətin, ruh düşkünlüyünün üstünlük təşkil etdiyi mühitdə peyğəmbərlərin sülh, əmin-amanlıq yaratmaqlarındakı üsulları araşdırmalı və öyrənməliyik.

Peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və səlləm Mədinəyə gəldiyində yerli sakinlər ilə Məkkədən təşrif buyuran mühacirlər arasında qardaşlıq bağları yaratdı. Bu minvalla, aləmlərə, cinlərə və insanlara Rəhmli və Rəhman tərəfindən rəhmət olaraq göndərilən rəhmət peyğəmbərimiz insanları bir-birinə kömək göstərmək və bir-biri ilə dinc yanaşı, ahəng içində yaşamağa təşviq etmiş, ruhlandırmışdır. Peyğəmbər sallallahu aleyhi və səlləm öz hikməti ilə iki müxtəlif insanları bir yerə, vahid bir cəmiyyətə çevirmişdir.

Bu insanlar, bu cəmiyyət indiyə qədər müşahidə olunan, bilinən ən üstün nəsil olmuşdur. Mədinə yəhudiləri mühacirlər və yerli sakinlərin (ənsarların) birgə cəmiyyətlərinin davranışını gördüklərində, onlar bu davranışdan yüksək şəkildə təsirlənmişdilər. İmanın əməllə təcəssümünün həqiqətinə şahid olduqdan sonra onlardan bəziləri İslam dinini qucaqlamış, qəbul etmişdirlər.

Digər insanların problemlərini həll etmək qəlbləri yumşaltmaq və ahəngdarlıq, əmin-amanlıq yaratmaq üçün bir yoldur. Bəzən qəddar, zalım bir insanın sərtliyi bəzi yumşaq insanlar gördüyü zaman əriyib gedir. Sadəcə lütfkarlıq, xeyirxahlıq səbəbi ilə o qəddar insana çətinliklərdən çıxmaqda kömək göstərildikdə o insan bir də görürsən ki, artıq buz kimi ərimişdir. Peyğəmbər salallahu aleyhi və səlləmin həyatında və gündəlik həyatımızda buna dair bol-bol nümunələr var. Lakin təəssüflər olsun ki, bizlərdən bir çoxları bundan qafildirlər. Dünyada bu qədər qəm-kədər, sıxıntının olmasının səbəblərindən biri də məhz budur.

Digər insanlara kömək etməyin qiyməti, dəyəri və əhəmiyyəti bəşəri bir həqiqətdir. Çünki Allah Təala insanlara xidmət etmək üçün onların ehtiyaclarını qarşılamaqda fədakarlıq göstərən insanlardan qafil deyildir.

Bir müsəlman kimi bizlər insanlığa xidmət göstərmək vərdişlərini özümüzdə tərbiyə etməli və bunun üçün yalnız Allahın razılığını və axirətdə isə Onun mükafatını əldə etmək məqsədini güdməliyik ki, bu da ixlasdır.
ADMIN
ADMIN
Admin

İsmarıc sayı : 127
Age : 33
Şəhər/ölk&am : baki.axmedli.dagli
Reputation : 0
Points : 56518
Registration date : 14/03/09

http://rapcemetry.azersayt.com

Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt


648a1 :: Din

 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.